İçərişəhərdə istirahət günləri
Yanvarın 28-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.
26 Yanvar 2017 12:02 MədəniyyətYanvarın 28-də Bakıda "İçərişəhərdə incəsənətlə istirahət günləri" (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.
Qeyd edək ki, İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunacaq.Balacalar üçün heykəltəraşlıq, keramika və rəsm üzrə ustad dərsləri və digər çoxsaylı maraqlı tədbirlər, əyləncəli proqramlar hazırlanacaq.
Sərgi iki gün davam edəcək.