“Gəncləşən sazım” adlı tədbir keçiriləcək
Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Gəncləşən sazım” adlı tədbir keçiriləcək.. Tədbirin keçirilməsində əsas məqsəd aşıq sənətinin təbliğ edilməsi və qorunub saxlanılmasıdı.
25 Yanvar 2017 19:23 MədəniyyətYanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Folklor Ənənələrinin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Gəncləşən sazım" adlı tədbir keçiriləcək.. Tədbirin keçirilməsində əsas məqsəd aşıq sənətinin təbliğ edilməsi və qorunub saxlanılmasıdı.
Layihə aşıq sənətinin bölgələrdə geniş şəkildə yayılmasını təşkil etməklə sənətə yeni simaların gəlməsinə, gənclərin aşıq sənətinə marağının daha da artırılmasına və istedadlıların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.
Tədbir 26 yanvar saat 19:00-da keçiriləcək.