Mədəniyyət

“Bizim Kino Günləri” öz işinə başlayır

30 Yanvar 2017 19:28

Azərbaycan kinosevərlərinə bu layihə artıq 2016-cı ildən tanışdı. Kinostudiyadan “Olaylar” – a verilən məlumata görə ilk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olub və “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanırdı.Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.

“Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təqdimat mərasimi oldu

30 Yanvar 2017 19:23

İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyində “Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təntənəli təqdimat mərasimi keçirilib.

Bəstəkar Nazim Əliverdibəyova həsr olunmuş xatirə gecəsi keçirilib

30 Yanvar 2017 19:18

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Musiqili Teatrın fevral repertuarı zəngindi

30 Yanvar 2017 18:30

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a  bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Silva” (İ. Kalman), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Düyməcik” (H.K. Anderson), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər.

“Muğam ifa edəndə özümü səmada hiss edirəm”

30 Yanvar 2017 18:00

Onu xüsusi tanıtmağa fikrimizcə ehtiyac yoxdu. Səhnəmizin düyməcik gözəlini, məlahətli səs sahibini, özünəməxsus səhnə hərəkətləri olan bu bəstəboy gözəli. 2011 – ci il keçirilən Televiziya Muğam Müsabiqəsinin qalibi Kamilə Nəbiyevanı. Onunla müsahibəyə bir az uzaqdan başladıq.

Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb

30 Yanvar 2017 16:39

“Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.

Azərbaycanın qış mənzərələri  sərgidə

30 Yanvar 2017 16:05

START layihəsi çərçivəsində istedadlı fotoqrafların inkişafı üçün Arts Council Azerbaijan qeyri-hökumət təşkilatı “Azərbaycan qış mənzərələri” fototolarda adlı sərgi təşkil edir. Layihə Arts Council Azerbaijan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yaradılıb.

Filmlərimiz Sofiyada nümayiş olundu

30 Yanvar 2017 16:04

 “Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda”, “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin 16, 18, 27, 28 yanvar tarixlərində Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivalında nümayişləri keçirilib. 12-29 yanvar tarixlərində Sofia şəhərində təşkil olunan festivalda filmlərimiz “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.

“Məryəm” YARATda

30 Yanvar 2017 14:09

31 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində “Məryəm” bədii-sənədli filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

“Xanuma” Akademik Milli Dram Teatrında

30 Yanvar 2017 12:14

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Teatrın mətbuat xidmətindən “Olaylar” – a  verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdu.