Nizami Kino Mərkəzində “Zəngərlər”

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Zənglər” və milli “Ağanatiq” filmlərinin nümayişinə başlanıb.

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "Zənglər" və milli "Ağanatiq" filmlərinin nümayişinə başlanıb.

Mərkəzdən " Olaylar" - a verilən məlumata görə, "Zənglər " filmini Ceykob Aaron Estesin ssenarisi əsasında rejissor F. Havyer Qutyerres dəhşət və dram janrında çəkib. Sloqanı: "Pislik yenidən doğuldu" du. Filmdə yaş məhdudiyyəti:18+

Qənc adam sirli videokasetlə bağlı hadisələrin tədqiqatını aparır. Bu kasetə baxan hər bir şəxs yeddi gündən sonra həlak olur. Sevdiyi qız oğlanın təhlükədə olduğunu başa düşür və onu xilas etmək üçün özünü təhlükəyə atır.Qızı qorxulu anlar gözləyir amma ən dəhşətlisi heç kimin görmədiyi filmin içində film olacaq...

Filmdə əsas rollara Vinsent D Onofriyo, Laura Uiqqins, Eymi Tiqarden, Conni Qaleki, Lizzi Broşere, Bonni Morqan, Zak Reriq, Aleks Rou, Matilda Anna İnqrid Luts, Brendon Larrakuente və başqa aktyorlar canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31