Filmimiz  Kozhikode Film Festivalında

“İçəri Şəhər” bədii filmi Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb. 10-16 fevral tarixlərində Kerala ştatının Kozhikode şəhərində keçiriləcək festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina ölkələrinin istehsalı olan filmlər nümayiş etdiriləcək.

"İçəri Şəhər" bədii filmi Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb. 10-16 fevral tarixlərində Kerala ştatının Kozhikode şəhərində keçiriləcək festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina ölkələrinin istehsalı olan filmlər nümayiş etdiriləcək.

Qeyd edək ki, "İçəri Şəhər" filmi hal-hazırda Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının "Dünya kinosu" proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilir.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdu. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31