Vətəndaşdan muzeyə hədiyyə

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan Muzeyin Etnoqrafiya elmi fond şöbəsi daim yeni materiallarla zənginləşir.

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan Muzeyin Etnoqrafiya elmi fond şöbəsi daim yeni materiallarla zənginləşir.

Muzeydən "Olaylar" - a verilən məlumata görə, bu günlərdə Muzeyə yeni etnoqrafik material - XIX əsrə aid təmbəki kisəsi təqdim olunub. Kisənin atlası sarı rəngli ipəkdəndi, yerliyi isə göy rəngli atlas parçadandı. Üzərinə güləbatın və ipək saplarla gül-çiçək arasında yerləşən quş rəsmlərindən ibarət tikmə salınıb.

Kisə Bakı şəhəri sakini Qabulova Elmira tərəfindən Muzeyə təqdim olunub və dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31