“Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın “Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası işıq üzü görüb.
2 Fevral 2017 14:38 MədəniyyətAMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın "Şeyx əs-Siləfi və Azərbaycan" monoqrafiyası işıq üzü görüb.
Muzeydən "Olaylar" - a bildirilib ki, kitabda XII əsrdə Azərbaycanda olmuş sufi alim və səyyah, Şeyx əs-Siləfinin "Mucəm əs-Səfər" əsəri əsasında Azərbaycanın mədəni həyatı tədqiq edilir. Monoqrafiyada Azərbaycan mənşəli 117 din alimi, sufi şeyx və ədibi haqqında məlumat verilir.
Əsər görkəmli Azərbaycan ziyalılarının üzə çıxarılması və Azərbaycanla digər İslam ölkələri arasındakı elmi-ədəbi əlaqələri öyrənmək baxımından qiymətli tədqiqatdı.