Filormoniyada konsert

14 fevral 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert keçiriləcək.

Filormoniyadan "Olaylar" - a verilən məlumata görə,  konsertdə dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Tədbirdə iştirak edəcəklər: xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, əməkdar artist Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Aynur İskəndərli.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31