Mədəniyyət
Tarixi Muzeyinə şəhid materialları təhvil verilib
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir.
“Qarabağ Kolleksiyası” Britaniyanın “Vogue” jurnalında
Çingiz Abdullayev Misir Mədəniyyət Mərkəzində
Çingiz Abdullayev Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonaq olub. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonağı salamlayaraq Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə ərəb mədəniyyət mərkəzi olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, həyata keçirdiyi işlər barədə, Misir və Azərbaycan arasında mədəni əməkdaşlıq əlaqələri barədə məlumat verdi. Öz növbəsində Çingiz Abdulayev dəvət üçün təşşəkürünü bildirdi.
Filarmoniyada konsert
Martın ayının 14 – də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Azərbaycan Dövlət Filarmoniyası və Mədəniyyət kanalı birgə konsert keçiriləcək. Filarmoniyadan “Olaylar” – a bildirilir ki, konsertdə bədii rəhbər və dirijor Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist – Səbuhi Cəfərovdu (tar).
Xalça Muzeyində Mülki Müdafiə Günü
Azərbaycan Xalça Muzeyində “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə tədbir təşkil olunub. Muzeydən “Olaylar” – a bildirilir ki, tədbirdə Azərbaycan Xalça Muzeyinin Mülki müdafiə üzrə əməkdaşları çıxış ediblər. Qeyd olunub ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd işçilərin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi haqqında geniş məlumatların verilməsidi.
Məşhur modelyer azadlıqda
Aydın Dadaşov - 65
Musiqili Teatrda yubiley
Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir
Milli Azərbaycan Tarixi Muzeyində ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirildi. Muzeydən “Olaylar” – a bildirilir ki, tədbirdə Mülki Müdafiə qərargah rəisi Samit Mədətov çıxış edərək ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, yanğın, sürüşmə, istehsalat qəzaları, dağıntılar təhlükəsi yarandıqda, işçilərin həyatına təhlükə zamanı görüləcək tədbirlərdən danışdı.
“Gənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz regional mədəniyyət və turizm idarəsinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Cənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub. Mərkəzdən “Olaylar” – a verilən məlumata görə, düşərgənin qonağı Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətlərarası kommunikasiyalar kafedrasının müəllimi, Rəsm qalereyasının direktoru Pavel Sapotko da iştirak edib. Görüş Quba Soyqırım abidəsinin ziyarəti və gülqoyma mərasimi ilə başlayaraq, Qış düşərgəsi daha sonra işini Qusar rayonunda davam etdirdi.
“Könlümə düşmüsən”...
Mart ayının 8-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq. Teatrdan “Olaylar” – a bildirilir ki, hər il teatrın gənc və istedadlı aktyoru, teatrın Həmkarlar Komitəsinin sədri, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
Tələbələr Misir Mədəniyyət Mərkəzində
Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” fakültəsinin birinci kurs tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Mərkəzdən“Olaylar”– abildirlirki, tanışlıq məqsədi daşıyan görüşdə tələbələri salamlayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi onlara Mərkəz haqqında geniş məlumat verərək vurğuladı ki, “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 18 ildir Azərbaycanda fəaliyyət göstərən yeganə ərəb mədəniyyət mərkəzidi. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də nəinki mədəniyyət, eləcə də adından məlum olduğu kimi təhsil və elm sahəsində əməkdaşlıq həyata keçirilməsindən ibarətdi. Misir Mədəniyyət Mərkəzi Turizm və Menecment Universiteti ilə də sıx əməkdaşlıq edir. Bundan başqa Universitetin “Turizm və otelçilik” ixtisasının tələbələri üçün Misirdə istehsalat təcrübəsi həyata keçirilməsi üçün danışıqlar aparılır və yaxın zamanlarda bu barədə məlumat veriləcək ”.
Bəhruz Kəngərli- 125
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş məruzə-sərgi keçirilib. Sərgi 5 nömrəli uşaq incəsənət məktəbində təşkil olunub. Baş İdarədən “Olaylar” – a bildirilir ki, incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış Bəhruz Kəngərli unudulmaz sənətkarlardandı. Sənətə həsr etdiyi yeddi il ərzində 2000-dək əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoyub. Qeyd edək ki, Azərbaycanda səlis dəzgah boyakarlığının , portret, mənzərə, natürmort, süjetli- tematik və teatr dekorasiya janrlarının, peşəkar, bədii peşəkar, rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdı.
Mikayıl Mirzə - “Odlu-alovlu sənətkar”
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilir ki, tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.
Xalq yazıçısı Anarın əsərləri ərəb dilində
Bu günlərdə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində xalq yazıçısı Anarın ərəb dilində tərcümə olunmuş seçilmiş əsərlərindən ibarət kitabın təqdimatı mərasimi keçirildi. Mərkəzdən “Olaylar” – a bildirilir ki, tədbiri giriş sözləri ilə açan Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqları salamlayaraq bildirdi ki, “Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də həm Misirin, həm də Azərbaycanın görkəmli ziyalıların, elm xadimlərinin həyatı və yaradıcılığı ilə, onların əsərləri ilə Misir oxucularını məlumatlandırmaqdan ibarətdi. Bu toplu nəinki Misir, eyni zamanda geniş coğrafi ərazini əhatə edən 22 ərəb dilli dövlət və 500 milyon əhalinin oxuması üçün nəzərdə tutulub. Bundan başqa qeyd etmək istərdim ki, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ölkələrimizin bir birinə yaxınlaşması, daha yaxşı tanıması üçün seçilmiş ən düzgün yol və İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdü”.








.jpg)





