Mədəniyyət
Muzeyin nadir incilərindən
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycan xanımlarına məxsus çoxçeşidli baş bəzəkləri mühafizə olunur. Muzeydən “Olaylar” – a verilən məlumata görə, bir-birindən hazırlanma texnikası, forma və dekoru ilə fərqlənən baş bəzəkləri xüsusi zövq ilə tərtib olunub. Dini və dekorativ funksiyalarla yanaşı, baş bəzəkləri xanımın yaşı, sosial statusu, regionu və s. haqqında da məlumat verir.
Səidədən Elnarəyə: "Sən mənim heç vecimə də deyilsən"
Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasında qalmaqal səngimək bilmir. Səidə yenidən həmkarı Elnarənin bostanını daşlayıb:“Baxıram “W-Trio” Elnarə də səviyyədən danışır. Adama deyərlər heç dava yeridir? İnanırsan, Elnarə, sən mənim heç vecimə də deyilsən!”.
“Xeyirlə Şərin rəqsi” kinoteatrlarda
Martın 2-dən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır. Kinostudiyadan “Olaylar” – a bildirilir ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.
Bayburt Universitetinin əməkdaşları ADMİU-da
Alişan və Simge Bakıya gəlir
Türkiyəli müğənnilər Alişan və Simge Bakıya gələcək. Sənətçilər şəhər restoranlarından birində konsert verəcəklər. Tədbir 8 Mart Beynəlxalq Qadınlar Günündə baş tutacaq. Hər iki ifaçı gecədə sevilən mahnılarını səsləndirəcəklər.
Xalq artisti yalan məlumat yayan saytlara xəbərdarlıq etdi-Təkzib verin!- FOTOLAR
Türkiyədə Azərbaycan mahnısı ilə bağlı QALMAQAL - VİDEO
Türkiyədə məşhur türkü ifaçısı Uğur Işılak "Çırpınırdı Qara dəniz" mahnısının erməni bəstəkara aid olduğunu iddia edib. Sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacibəyova məxsus əsərin erməni müəllif tərəfindən ərsəyə gəldiyini söyləyib.
“Gənc Tamaşaçılar”da “Pərdənin o üzü”...
Mart ayının 10-da saat 16.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrdan “Olaylar2 – a verilən məlumata əsasən, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Teatrın foyesində sərgilənəcək “Pərdənin o üzü”ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstəriləcək.
Filarmoniyanın mart ayı üçün tədbirlər planı
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Filarmoniyasının mart ayı üçün tədbirlər planını təqdim edir:
Mirzə Mansur -130
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli tarzən, əməkdar incəsənət xadimi Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib. İdarədən “Olaylar” – a bildirilir ki, konsert 4 nömrəli uşaq musiqi məktəbində təşkil olunub.
“Qırmızı bağ” filminin Avstriya premyerası
“Qırmızı bağ” bədii filmi Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb. Festival 21-27 mart tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli “Qırmızı bağ”ın Avstriya təqdimatında iştirak edəcək.
Musiqili Teatr Mehriban xanım Əliyevanı təbrik etdi
Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”
"Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır”. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Mənsum İbrahimovun hərbi xidmətdə olmadığı haqda xəbər yalandır - TƏKZİB
Ötən gün saytımızda bir sıra məşhurların əsgərlikdə olmaması ilə bağlı xəbər yayılmışdı.









.jpg)

.jpg)


