Mədəniyyət
Xalça Muzeyində “Novruz nemətləri”
Martın 4 – də Azərbaycan Xalça Muzeyində “Novruz nemətləri” adlı dinləniləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, mühazirə Milli Kulinariya Mərkəzinin baş direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov tərəfindən oxunacaq. Mühazirədə Novruz şirniyyatlarının yaranma tarixi, hazırlanma üsullarının incəlikləri və naxışlarının rəmzi mənalarından bəhs ediləcək. Mühazirə Azərbaycan dilində aparılacaq.
Ankarada “Molla Pənah Vaqif ili”
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi münasibətilə anma mərasimi təşkil olunub.Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.
Floridada Cövdət Hacıyev haqqında məruzə dinlənilib
Florida Dövlət Musiqi Müəllimləri Assosiasiyasının konfransında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin yaradıcılığı haqqında məruzə dinlənilib.
"Bizim evin qonaqları"
Mart ayının 9 – da, saat 15:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət evi "Bizim evin qonaqları" rubrikasında növbəti görüş keçiriləcək. Baş İdarədən “Olaylar” – a bildirilir ki, Binəqədi qəsəbə Mədəniyyət evində təşkil olunacaq görüşün budəfəki qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Mədəniyyət Attaşesi Doktor Əhməd Sami Elaydi olacaq.
Nərgiz Əliyevanın yeni kitabı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın yeni - "Ибн Макула о мухаддисах Азербайджана" əsəri işıq üzü görüb. Muzeydən “Olaylar” – a verilən məlumata görə, kitabda orta əsrlərin məhşur ərəb alimi İbn Makulanın (1030 – 1082) “Əl-İkmal” əsəri araşdırılır. Burada onun Azərbaycana səyahətinin təəssüratları öz əksini tapıb. N.Əliyeva alimin yaradıcılığını səciyyələndirərkən topladığı bilgilərin böyük elmi dəyərini nəzərə çatdırıb.
Nazir Musiqili Teatrın əməkdaşlarını mükafatlandırdı
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev 10 - Mart Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə və milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını mükafatlandırıb.
“Azərbaycan Qafqazın dürdanəsi” sərgisini ziyarət edənlərin sayı günbəgün artır
Daşkənddəki Dəmiryol Kollecinin tələbələri və 147 nömrəli orta məktəbin şagirdləri Özbəkistan Dövlət Tarix Muzeyində açılan “Azərbaycan Qafqazın dürdanəsi” adlı sərgi ilə tanış olub.
Röya: "Əgər qocalanda efirə çıxıb gic-gic danışsam..."
Əməkdar artist Röya qadının ən gözəl yaş dövrünün 30-dan 40-a qədər olduğunu söyləyib. Müğənni Azərbaycanda müasir kino sahəsinin inkişafından danışıb. O, yerli filmlərin çəkilməsini müsbət hal kimi qiymətləndirib: "Filmlərin məni bir tamaşaçı kimi qane edib-etməməsi o qədər də əhəmiyyətli deyil. Ən önəmlisi odur ki, xoşdur. Çox şadam ki, Azərbaycanda da filmlər çəkilir.
Elmi Kitabxananın Nadir kitab fondunun inciləri
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nadir kitab fondunun inciləri”nin təqdimatı keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Nadir fondun təqdimatının əhəmiyyətindən danışıb. Kitabxanadan “Olaylar" – a bildirilib ki, L.İmanova təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdı. Qeyd edildi ki, görülən işlər, təqdimatlar operativ şəkildə mek.az saytında, kitabxanaya məxsus sosial şəbəkələrdə və mediada paylaşılmaqla ictimaiyyətə çatdırılır.
Tarix Muzeyinə etnoqrafik material təqdim edildi
Milli adət-ənənələrimizin öyrənilməsində mühüm rol oynayan Tarix Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsi vətəndaşların təqdim etdiyi yeni materiallar hesabana daim zənginləşir. Muzeydən “Olaylar” – a bildirilir ki, bu materiallar dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.
“Uşaq musiqisi və müasirlik”
Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib. İttifaqdan “Olaylar” – a bildirilib ki, tədbirdə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri” mövzusunda məruzə ilə çıxış edib.
“Dastan” brendinin yeni kolleksiyası
Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin “Şirvanşahlar” kolleksiyasının təqdimat mərasimi keçirilib. Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək Ənənəvi İncəsənət Mərkəzi barədə məlumat verdi. Bildirib ki, rəhbərlik etdiyi idarənin və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.
Mərkəzi Kitabxanada təlim
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2017-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma qaydaları” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
“MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi”- "Qırmızı bağ"
Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub.
“Gəl, gözəl bahar, coşsun arzular”
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzeyin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun konserti keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, istedadlı gənc pianoçu Nəriman Əmiraslanov baharın ilk günündə dinləyicilərə bahar ovqatı bəxş edib. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.














