Mədəniyyət
Gənc Tamaşaçılar Teatrında “20 mart Dünya Uşaq və Gənclər Teatr Günü”
Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin birinci vitse-prezidentini təbrik edir...
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, çox hörmətli Mehriban xanım! Sizi birinci vitse-prezident təyin olunmağınız münasibətilə şəxsən öz adımdan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından ürəkdən təbrik edirəm. Bu uğurlu qərar ölkə Prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyinin daha bir bariz göstəricisidir. Və biz bu qərarın çox tezliklə öz nəticəsini göstərəcəyinə əminik. Siz və prezidentimiz cənab İlham Əliyev Azərbaycanın parlaq rifahı və uğurlu gələcəyi üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın son illər dünya ölkələri arasında öz layiqli yerini tutması, ölkəmizdə həyata keçirilən dünya miqyaslı Beynəlxalq tədbirlər bu siyasətin müvəffəqiyyətindən xəbər verir.
Turizm şirkətinin nümayəndələri Gənc Tamaşaçılar Teatrında...
Hər zaman maraqlı layihələrə dəstək verən Azırbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihənin reallaşdırılmasına start verilib. Teatrdan “Olaylar” – a bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbərləri və nümayəndələri ilə Dövlət Gənc Tamaşaçılar Teatrında dəyirmi masa ətrafında səmimi və işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə bərabər, bir sıra turizm şirkətlərinin rəhbərləri – Əziz Şiriyev (“Baku Travel Tourism”), Tural Müzəffərov (“Baku Tours”), İlkin Əhmədov (“Via Caucasus”), Tural Zeynalov (“Alde – Tur”), Sənan Şıxəliyev (“Victory Tour”), Marina Əhmədova (“Averta Travel”) və başqaları iştirak ediblər.
“Vaqif Arzumanlı-70”
Azərbaycan Milli Kitabxanasında Ədəbiyyatşünas alim Vaqif Arzumanlının anadan olmasının 70 illiyi münasibətilə “Vaqif Arzumanlı-70” adlı kitab sərgisi təşkil olunub. Kitabxanadan “Olaylar” – a bildirilib ki, sərgidə alimin Azərbaycan və rus dillərində əsərləri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı, haqqında olan kitablar nümayiş olunub.
“Ən yaxşı bədii film” mükafatına...
Mirbala Səlimlinin “Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, proqramın əsas mükafatı filmimizə Kanada, İslandiya, İtaliya, Qırğızıstan, Filippindən olan münsiflər heyəti tərəfindən təqdim olunub. Dəkkə şəhərində keçirilən festivalda 60 ölkədən 150 film iştirak edib.
“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfrans
Azərbaycan Dövlət “Yuğ” teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyəti və Teatrşünaslıq kafedrasının təşəbbüsü ilə “XX əsrin teatr tendensiyaları” (The Solo Me and You) mövzusunda tələbə elmi konfransı keçirilib. Universitetdən “Olaylar” – a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Beynəlxalq layihələr üzrə müşavir Şaiq Səfərov “XX əsrin teatr tendensiyaları” mövzusu ilə bağlı fikirlərini bölüşüblər.
Musiqili Uşaq Teatrı “Qırmızı Papaq” tamaşası ilə çıxış etdi
Bu günə qədər bir çox tamaşaları uğurla səhnələşdirən Musiqili Uşaq Teatrı bu dəfə Şarl Perronun “Qırmızı Papaq” nağılı ilə öz tamaşaçılarının görüşünə gəlib.
Yuğ Dövlət Teatrının direktoru işgüzar səfərdə
Tanrılar torpağında təsirli anım konserti
Elariz Məmmədoğlunun "Qırmızı alma" - sı
Fərman Kərimzadə anıldı
Martın 3-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, yazıçı Fərman İsmayıl oğlu Kərimovun ( Fərman Kərimzadə) anadan olmasının 80 illiyi münasibəti ilə sərgi təşkil olunub. Milli Kitabxanadan “Olaylar” – a bildirilib ki, “Fərman Kərimzadə - 80” adlı kitab sərgisi böyük maraqla qarşılanıb.
“Manaf Süleymanov -105”
Martın 3-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, Əməkdar mədəniyyət xadimi Manaf Fərəc oğlu Süleymanovun anadan olmasının 105 illiyi münasibətilə sərgi təşkil olunub. Milli Kitabxanadan “Olaylar” – a bildirilir ki, kitab sərgisi “Manaf Süleymanov -105” adlanır.
Teatr ictimaiyyəti Eldəniz Zeynalovu andı...
Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Eldəniz Zeynalovun anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib. İttifaqdan “Olaykar” – a bildilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən təşkil edilib. Xalq Artisti, Teatr Xadimləri İttifaqının İdarə heyətinin sədri, professor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov Azərbaycan kinosunda və səhnəsində silinməz iz qoymuş Eldəniz Zeynalovun yaradıcılığından söz açıb..
Xalça Muzeyində pilot layihə
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihəyə start verilib. Muzeydən “Olaylar” – a bildirilib ki, layihə– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ - bəndinə uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi – Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdi.














