Mədəniyyət

Almatıda “Teatr baharı - 2017”

7 Mart 2017 16:50

Mart ayının 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı baş tutacaq. 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən Festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən bu ilki festival çərçivəsində həmçinin “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Kukla Teatrında “Açıq qapı”

7 Mart 2017 16:34

Qədim ənənələrə malik peşəkar milli teatrımızın yaranma tarixi, 10 Mart – Azərbaycan Milli Teatr Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında bayram tədbiri keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, martın 9-da (saat 19.00) teatrda bayram tədbiri baş tutacaq.Mərasimdə milli peşəkar Azərbaycan teatrının keçdiyi yola nəzər salınacaq, 85 yaşını qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının tarixini əks etdirən videoçarx nümayiş olunacaq. Ardınca tamaşaçılara teatrın repertuarında yer alan əksər tamaşalardan ibarət səhnə çələngi təqdim olunacaq.

Sarayda konsert

7 Mart 2017 16:33

Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Bilik Fondu İslam ölkələrinin səfirləri ilə əməkdaşlığı genişləndirir

7 Mart 2017 16:32

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İslam Həmrəyliyi ili" çərçivəsində İslam ölkələrinin respublikamızdakı səfirlikləri və diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır. Fonddan “Olaylar” – a bildirilib ki, bu münasibətlə  ötən gün Bilik Fondunun ilk qonağı Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haq olub.

“İçəri Şəhər” Hindistanda

7 Mart 2017 16:29

İlqar Safatın “İçəri Şəhər” bədii filmi Hindistanın Kottayam və Nilambur Beynəlxalq Film Festivallarıına dəvət alıb. Filmin nümayişləri 8-12 mart tarixlərində Kerala ştatının Kottayam şəhərində, 17-21 mart tarixlərində Nilambur şəhərində baş tutacaq. Nümayişlər Kerala Beynəlxalq Film Festivalının dəstəyi ilə keçirilir.

“Dərs” filmi ilə kinoteatrlarda

7 Mart 2017 13:59

9 mart tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.Kinostudiyadan “Olaylar” – a bildirilib ki, filmin nümayişi 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Beynəlxalq Qadınlar günü ilə əlaqədar konsert keçirilib

7 Mart 2017 13:56

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib. Baş İdarədən 2Olaylar2 – a bildirilib ki,  konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov, əməkdar artist Anar Şuşalı, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Bu həftə Musiqili Teatrda

7 Mart 2017 13:55

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş ediləcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tamaşaçılar 8, 10, 11, 12 mart tarixlərində saat 12.00 və 19.00-da Qara Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 11 mart tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”,12 mart tarixində isə R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq.

Əli Əmirlinin əsəri Ümumrusiya teatr festivalında

7 Mart 2017 13:08

"Tatar-inform"un verdiyi xəbərə görə martın 12-də Tatarıstan Respublikasının Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının "İdel - Bua - Ural - dialoq məkanı" adlı Birinci Ümumrusiya teatr festivalı start götürəcək. Festivalda Qazağıstan, Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mari-El, Ulyanovck vilayəti, Komi və Kalmıkiya Respublikalarının teatrları çıxış edəcək.

Azərbaycanda "piy biznesi" - Arıqlamaq üçün pul tökən məşhurlar

7 Mart 2017 13:05

Son illərdə şou-biznesdə əksər xanım sənətçilər arıqlamaqları ilə gündəmə gəlirlər. Onlar arasında təbii yolla, yəni pəhriz saxlayıb idman edənlər əlbəttə ki, azlıq təşkil edir. İncəsənət nümayəndələri qüsursuz bədənə sahib olmaq üçün həkimlərə müraciət edir, liposaksiya etdirmək niyyətinə düşürlər.

"Paxıllığımı çəkənlər var" - Məleykə Əsədova

6 Mart 2017 19:47

"Dedi-qodu ilə şöhrət tapan bir-iki il gündəmdə olacaq. Paxıllığımı çəkənlər var. Var olan yüksəkliyə çox daş atarlar. Onlara fikir vermirəm".

“Quriya gündəlikləri” təqdim olunacaq

6 Mart 2017 19:30

Mart ayının 9-da saat 12:00-da Milli Kitabxanada - “Açıq kitabxana” bölməsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası ilə birgə gənc gürcü şairin kitabı çap olunub. Kitabxanadan “Olaylar”  bildirilir ki, gənc şair Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilmiş “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunan “Quriya gündəlikləri”nin imza günü və təqdimatı keçiriləcək.