Paola Puglisi Milli Kitabxanada
9 Mart 2017 09:30 Mədəniyyətİtaliya Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə Aİ Tvinninq "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" layihəsindən irəli gələn məsələlərin həlli məqsədilə İtaliya Milli Kitabxanasının Arxiv və fotoqrafiya şöbəsinin işçisi xanım Paola Puglisi Azərbaycan Milli Kitabxanasında olub. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul edb.
Kitabxanaların idarə olunması istiqamətinin hüquqi əsaslarını müəyyənləşdirmək görüşün əsas məqsədi idi. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tanış olan xanım Puglisi Qanunun 15-ci Maddəsi: Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı, milli biblioqrafiyanın tərtibi, Milli Kitabxananın elektron kataloqu, kiril və latın qrafikalı ədəbiyyatın kataloqda təsviri, dissertasiyaların mühafizəsi və istifadəsinin təşkili, kitab fondlarının mühafizəsi və qorunması, qədim ədəbiiyatın və nadir nüsxələrin rəqəmsallaşdırılması, Milli Kitabxananın maliyyələşdirilməsi yolları və s. məsələlər maraqlanıb.
Daha sonra qonağı maraqlandıran bütün süallara Kərim Tahirov aydınlıq gətirdi. Xanım Puglisi kitabxana ilə yaxından tanış olub.
Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), "Azərbaycan mətbəxi" (ingilis dilində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Azərbaycan xalçaları dünya kolleksiyalarında" (Azərbaycan və ingilis dillərində) kitabları qonağa hədiyyə verildi.