Çingiz Abdullayev Misir Mədəniyyət Mərkəzində

Çingiz Abdullayev Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonaq olub. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonağı salamlayaraq Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə ərəb mədəniyyət mərkəzi olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, həyata keçirdiyi işlər barədə, Misir və Azərbaycan arasında mədəni əməkdaşlıq əlaqələri barədə məlumat verdi. Öz növbəsində Çingiz Abdulayev dəvət üçün təşşəkürünü bildirdi.

Səmimi keçən görüş zamanı tərəflər arasında yazıçının kitablarının ərəb dünyasında oxunması üçün ərəb dilinə tərcümə olunmasının vacibliyi vurğulandı.

Sonda xalq yazıçısı Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31