Aydın Dadaşov - 65
1 Mart 2017 20:57 Teatr və kinoƏməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinoşünas, ssenarist, rejissor Aydın Dadaşovun 65 yaşı tamam olur. Aydın Dadaşov 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.
Aydın müəllim hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə rəhbərlik edir. Onun yazdığı "Dramaturgiya", "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Ekran publisistikası", "Televiziya reklamı", "Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində", "Kinoşünaslıq", "Rejissorluğun üslub problemləri", "Müasir Azərbaycan dramaturgiyası" dərslikləri, "İran kinosunun inkişaf təmayülləri" monoqrafiyası tədris prosesində geniş istifadə olunur.
Qeyd edək ki, 1975-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.