Mədəniyyət

Düsen Kaseinov  Musiqili Teatra təşəkkür etdi

4 Aprel 2017 13:13

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənt xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda bildirilir ki, “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi kimi çalışdığım müddətdə Azərbaycanla bağlı çoxsaylı tədbirlər keçirilmiş və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan mədəniyyəti və incəsənəti dünyanın mötəbər beynəlxalq təşkilatlarında və çeşidli ölkələrində nümayiş etdirilib. İnanıram ki, TÜRKSOY ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında qurulan bu gözəl münasibətlər gələcək illərdə də davam etdiriləcəkdir”.

Şərif Ağayardan yeni roman

3 Aprel 2017 17:17

“Əlimdən tut”

3 Aprel 2017 16:48

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib tədbir reallaşacaq.  Teatrdan “Olaylar” – a bildirilib ki, aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibətilə “Əlimdən tut” adlı tədbir-tamaşa reallaşacaq. 

Muğamda hər şey var –qəm, kədər, sevinc

3 Aprel 2017 15:41

Efirlərdə, mətbuatda çox az görünməsinə baxmayaraq, dinləyicilərin yaddaşında hər zaman gözəl ifaları ilə xatırlanan, muğamı ustadı Alim Qasımov kimi içdən yaşayan və yaşadan bir xanəndənin Azərbaycan muğam tarixində var olması böyük xoşbəxtlikdi.  Bu sehirli səs öz dinləyicisini tərki – dünya edir.

Şimali Osetiya teatrı Bakıya gəlir...

3 Aprel 2017 14:35

Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Teatrdan “Olaylar” – a bildirilib ki, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) aprel ayının 7-dən – 9-dək teatrımıza qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirəcək.

Xalça Muzeyində “Azərbaycanın zümrüd daşı-Kəlbəcər”

3 Aprel 2017 13:14

Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24 il dönümünə həsr olunmuş “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir təşkil olunub.

Tarixi ekspanatlar bərpa edilir

3 Aprel 2017 12:03

Milli Azərbaycan Tarixi Muzeyində xüsusi maraq kəsb edən eksponatlardan biri də Silahlar və bayraqlar fondunda mühafizə edilən XIX əsrə aid tapançadı. Muzeydən “Olaylar” – a bildirilib ki, tapançanın lüləsi altıatımlıdır. Kalibri 9 mm olan tapançanın xəzinə hissəsində yazısı var: “BRİTİSH, CONSTABULARY”. Tapançanın lüləsi poladdandır, ucunda kiçik nişangahı var. Dəstəyin üzərindəki naxışlar cızma üsulu ilə işlənib, bəzəklər kəsişən romblar formasında olub uzunluğu 23 sm-dir.

Ağamusa Axundovun -  85

31 Mart 2017 16:59

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

Azərbaycan İspaniyada keçirilən festivalda uğur qazandı

31 Mart 2017 13:00

İspaniyada “Fiestalonia” beynəlxalq tətbiqi sənət festivalı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, festivalda ölkəmizi “Günxan Art” studiyası təmsil edib.

Əli Əmirlinin əsəri beynəlxalq  festivalda

31 Mart 2017 11:33

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və digər ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Bu barədə “Olaylar” – a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.