“Bahar” adlı hesabat sərgisi
31 Mart 2017 07:41 İncəsənətAprelin 4 - də, saat 19:00-da "Art Tower" qalereyasında "Arts School" rəssamlıq məktəbinin şagirdlərinin "Bahar" adlı hesabat sərgisi keçiriləcəkdi. "Arts Council Azerbaijan" - dan "Olaylar" - a bildirilib ki, sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
2010-cu ildən fəaliyyət göstərən Art School məktəbi Arts Council Azerbaijan təshkilatının layihəsidir və gənc rəssamların inkişafı üçün yaradılıb. Layihənin rəhbəri Sona Quliyevadı.
Sərgidə Səyyalı Məmmədovanın gənc rəssam tələbələri Məmmədli Sürəyya, Qurbanzadə İsrafil, Həsənova Fatimə, Hacıyeva Sədəf, Qasımzadə Mehti, Rzayev Orxan, Muradova Neslixan, Rzayeva Mehriban, Xatim Ömər, Qaralova Nazilə, Qurbanov Məhəmməd, Karpın Eduard, Bayramova Qəmər, Fərxad, Üzeyir Baxışzadə və başqalarının sənət əsərləri nümayiş olunacaqdı.
Sərgi 10 aprel tarixinədək davam edəcək.
Giriş sərbəstir.