Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü 

Tədbirdə çixiş edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımılar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. Ittifaqdan "Olaylar" - a bildirilib ki, F.Əliadə çıxışında onu da qeyd etdi ki, Azərbaycan bəstəkarları xalqımızın başına gətirilən faciələrə biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzulara yer ayırıblar.

Tədbirdə Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, İmruz Əfəndiyeva və digərləri 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər.

Tədbirdə Elza Seyidcahanın "Şəhidlər" balladası, Aytən İbrahimovanın "Xocalı" kompozisiyası və İlham Azmanlının simli orkestr üçün yazdığı "Ağı", "Dədəmin qopuzu", "Qədim türkün bir günü" və digər əsərlər səsləndirilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31