Mədəniyyət
Kinematoqrafçılar İttifaqında iclas
Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub. İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.
Qadını vuran əlləriylə silər göz yaşını kişilər - ŞEİRLƏR
Xuraman Şuşalı: “Başımı ərimin istəyilə bağlasaydım...”
“2010-cu ildə ailə qurmuşam, 2013-cü ildə isə başımı bağlamışam. Çox adam elə bilir ki, həyat yoldaşıma görə başımı bağlamışam. Amma bu, belə deyil”. Bunu müğənni Xuraman Şuşalı “Hər şey daxil” verilişinin qonağı olarkən deyib.
Xətai Sənət Mərkəzində növbəti müsabiqə
İyun ayının 30-da Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə İslam Həmrəyliyi ilinə həsr olunmuş “SEVGI RƏSSAMLARIN GÖZÜ İLƏ” adlı sərgi-müsabiqə keçiriləcək. Xətai Sənət Mərkəzindən “Olaylar” – a bildirlib ki, müsabiqə rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət üzrə keçirilir. Hər janr üzrə I, II və III yerlər seçilərək , diplom və hədiyyələrlə mükafatlandırılacaq. Bütün sərgi iştirakçıları sertifikatla təltif olunacaq.
Teatr Beynəlxalq Xalq Yaradıcılıq Festivalında iştirak edəcək
Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 27 – dən iyulun 3 - ə qədər Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, beynəlxalq festivalda teatr ölkəmizi Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
Saraydan yeni layihə
Sentyabrın 23 – də Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. Saraydan "Olaylar" - a bildirilib ki, ilk dəfə keçiriləcək “Məşhurlar və övladları” adlı layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.
"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli
"Space" telekanalının aparıcısı Günel Həsənzadə "Gəlin danışaq" verilişinin qonağı olub. Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.
Reanimasiyaya yerləşdirilən Xalq artistinə həkimlərdən qadağa
İyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinə yerləşdirilən Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabil olaraq qalıb. Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, onun səhhətinə ağırlaşmaya doğru dəyişiklik yoxdur: “Əksinə xəstəxanaya yerləşdirildiyi gündən aparılan müalicələr nəticəsində vəziyyəti daha yaxşıdır. Dünəndən bu günə vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Hələ ki, reanimasiyadadır, palataya köçürülməsi müalicənin gedişindən asılıdır”.
Gürcü alim Məhəmməd Füzulidən kitab yazdı
Görkəmli gürcü alimi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb.
Əzizə Cəfərzadə yaradıcılığı monoqrafiyada
Əzizə Cəfərzadənin “Cəlaliyyə”, “Bəla”, “Hun dağı”, “Xoş gördük səyyah”, “Xəzərin göz yaşları” povestləri “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya tarixilik və müasirlik problemi kontekstində araşdırılıb. AMEA Naxçıvan Bölməsindən “Olaylar” – a bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov tərəfindən yazılan monoqrafiya artıq işıq üzü görüb.
Pantomima Teatrında “Bədbəxtlik”
İyunun 24 – də Azərbaycan Dövlət Pantomima Teatrında premyera olacaq. Teatrdan “Olaylar” – a verilən məlumata əsasən tamaşaçılar bu dəfə Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri izləyə biləcəklər. Səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.
İslam Mehrəliyev qazandığı avtomobili satıb?
"Maşın" şounun qalibi İslam Mehrəliyevin qazandığı avtomobili satdığı haqda xəbərlər yayılıb. Hətta mənbə bildirir ki, o borclarını maşının satışından əldə etdiyi pul vasitəsilə ödəyir.
Bu gün vəzifəyə təyin olunan məşhur danışdı
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.
Teatr mövsümə “Çipollino” və “Yarımçıq qalmış”la yekun vuracaq
Gənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır. Teatrdan “Olaylar” – a bildirilib ki, teatr mövsümə yeni tamaşa ilə nöqtə qoyacaq. İyunun 25 – də beynəlxalq layihə çərçivəsində görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn yeni tamaşa - “Çipollino” – nun premyerası gözlənilir. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
“İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək
İyunun 27-dən iyulun 1-dək Şəki şəhərində “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqından “Olaylar” – a bildirilib ki, təşkilatın sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı musiqi, dostluq və həmrəylik bayramına çevriləcək. Festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil ediləcək. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ ediləck. F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb. Festivalın proqramında Türkiyədən “İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu”, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyada “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcəklər.














