Mədəniyyət

Xalq artistinin dəfni niyə gecikir? - Nazirlikdən açıqlama

3 İyul 2017 13:07

Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar Xumar Zülfüqarovanın dəfni ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriVüqar Şixməmmədov  bildirib ki, mərhum sənətkarla vida mərasimi onun yaşadığı evində baş tutacaq: "Yas mərasimində nazirliyin əməkdaşları və rəqs kollektivləri iştirak edəcək".

Nigar Diananı yıxıb-sürüdü: "Gedib klublarda oxusun"

3 İyul 2017 11:57

“Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun”. Bu sözləri “Eurovision 2011” müsabiqəsinin qalibi Nigar Camal “ATV maqazin onlarla” verilişində deyib. 

Qəndab Quliyevanın qızı Canəli Əkbərovun YALANINI üzə çıxardı

3 İyul 2017 11:45

Xalq artistləri Arif Babayev və Mənsum İbrahimovun həmkarları Qəndab Quliyevanın dəfn mərasimində iştirak etməməsiylə bağlı iddialara mərhum sənətkarın qızı Mərziyyə Həmidova cavab verib.

Aygün Kazımova arıqlayıb belə oldu

3 İyul 2017 11:27

Bu il səhnə fəaliyyətinin 30 illiyi tamam olan Xalq artisti Aygün Kazımova arıqlamağa davam edir. Müğənni yaradıcılığının 30 illiyi münasibətilə sentyabr ayının 22-i Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək.

Xalq artisti vəfat etdi

3 İyul 2017 11:15

Azərbaycan Xoreografiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib. Bu barədə Azərbaycan Rəqs Assosiasiyasından məlumat verilib. Məlumata görə, Z.Zülfüqarova 90 yaşında dünyasını dəyişib.

“Sevgisizlik” Qran – pri qazandı

2 İyul 2017 11:26

Rusiyalı rejissoru Andrey Zvyaginsevin  "Sevgisizlik"  filmi Münhen Beynəlxalq Film Festivalında Qran-pri qazandı. Bu barədə istehsalçı şirkətə və  "Qeyri-Stop Production" – a  istinadən RİA "Novosti" məlumat verib. "Belə bir belə bir əhəmiyyətli film festivalında  filmimizn uğur qazanmasına  çox sevindik” –deyə,  filmin prodüsseri  Aleksandr Rodnyanski bildirib.

"Nar bağı" Beynəlxalq festivalda

1 İyul 2017 21:48

İyunun 30-u 52-ci Karlovı Varı Beynəlxalq Film Festivalının təntənəli açılışı olub.  Azərbaycan festivalda “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şeirkətinin birgə istehsalı olan “Nar bağı” filmi ilə təmsil olunur. Film bu gün “Qərbin Şərqi” proqramının açılış mərasimində təqdim olunacaq.

Tarixi abidələrimiz  “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb

1 İyul 2017 21:44

İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi bu il də “Tripadvisor”un “Certificate of Excellence 2017” (“Mükəmməllik Sertifikatı 2017”) mükafatına layiq görülüb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən  bildirilib ki, dünyanın ən nüfuzlu və on milyonlarla istifadəçi auditoriyası olan turistik internet portalı “Tripadvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır. 2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla “Tripadvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı “TripAdvisor”un təqdim etdiyi ali mükafatdır.

“Hədiyyə” “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalında

1 İyul 2017 21:41

Gənc rejissor Emin Əfəndiyevin “Hədiyyə” bədii filminin beynəlxalq təqdimatı İtaliyada baş tutacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar"- a bildirilib ki, film “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalına dəvət alıb. “Hədiyyə” filmi festivalın əsas proqramında yer alıb. Festival iyulun 3-4-də Salerno şəhərində keçiriləcək. “Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

"İki yad adam" filmi Tbilisidə

1 İyul 2017 20:03

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Socar Georgia-nın dəstəyi ilə görkəmli yazar Mir Cəlal Paşayevin "Kəmtərovlar Ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filminin nümayişi baş tutub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra Socar Georgia-nın rəhbəri Mahir Məmmədov, eləcə də səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, layihə rəhbəri Hüseyn Cavadzadə və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər. Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.

“Muğam axşamları” layihəsində “Şüştər” və “Hümayun” muğamı səsləndi

1 İyul 2017 17:01

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı. Beləki 30 İyun Beynəlxaql Muğam Mərkəzində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Hümayun” muğamları səslənib. Mərkəzdən "Olaylar" - a bildirlib ki, mayın 16 da start verilən “Muğam axşamları” layihəsi “Şüştər” və “ Hümayun” muğamları ilə sona yetdi. Muğamın şöbə və güşələrini xanəndələr Əməkdar artist Sevinc Sarıyeva,   Əməkdar müəllim Qəzənfər Abbasov, Muğam Müsabiqəsinin laureatı Məhəbbət Səfərov ifa etdi. Onları Xalq Çalğı alətələri ansamblı  ( tarda- Rəşad İbrahimov, kamançada-Təbriz Yusubov, udda-Xəyyam Həsənli, qanunda – Aysu Sadıqova, balabanda – Elnur Hüseynov, nağarada- Elnur Əliyev) müşayət etdilər. “Şüştər “ və “ Hümayun” yeddi əsas Azərbaycan muğamlarındandır. “Şüstər” lad etibarilə “Şur” muğamına daha yaxındır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında yeni layihə

1 İyul 2017 12:05

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının böyük zalında  “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihənin təqdimatı keçirilib. Filarmoniyadan “Olaylar” - a bildirlib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ceyhun Musaoğlunun rəhbərlik etdiyi Jurnalist Ekspert Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Olduqca təsirli və qürürverici mövzuya toxunan layihə rəhbərləri bu işi uşaqlara tapşırmaqlarında əsas məqsəd qəhrəmanlarımızı daha yaxşı tanımaları, onların igidliklərindən, şücaiətindən xəbərdar olmalarıdır.