Mədəniyyət
Azərbaycanlı aktrisa oğlunu qoyub Türkiyəyə köçməsinin səbəblərindən danışdı
Azərbaycanlı aktrisa Könül Nagiyeva Türkiyənin məşhur “Haberler.com” saytına müsahibə verib. Aktrisa karyerası və gələcək planlarından danışıb. O, “Tərkedilmiş” adlı filmiylə hədəfə doğru yola çıxdığını deyib.
Muğam Mərkəzində Adil Bağırovun 80 illik yubileyi
Muğam Mərkəzində Xalq artisti, ”Şöhrət” ordenli, Prezident təqaüdçüsü, “Xatirə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət kanalı, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Türk ədəbiyyatının ən yaxşıları
Türkiyəli tənqidçilər, yazarlar, alimlər, ədəbiyyat müəllimləri və naşirlərdən ibarət 100 nəfərlik bir heyət “Türk ədəbiyyatının Ən Yaxşı 100 Romanı” siyahısını tərtib ediblər. 100 nəfərlik münsif əsərləri 10 bal sistemi ilə dəyərləndiriblər. Qiymətləndirmə nəticəsində ilk 10 sırada bu əsərlər yer alır:
"Ermənilər salonun qarşısında etiraz aksiyası keçirməyə cəhd etdilər" - Xalq artisti - VİDEO
"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, ilk olaraq, xarici səfərindən söz açıb: "Bir neçə səfərimiz oldu. Cenevrədə səfərdə olduq. BMT-nin mənzil qərargahında konsert verdim. Sonra bu yaxınlarda Los-Anceles və San-Dieqoda konsert proqramı ilə çıxş elədik.
“Səsini unutma” mövsümə son qoyacaq
İyulun 13 – də Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə “Səsini unutma” adlı səhnə əsəri ilə yekun vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında olan yeni tamaşalardandır. Rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur.
Fikrət Reyhan “Ən yaxşı rejissor” mükafatına layiq görüldü
Rusiyada gerçəkləşən 39-cu Beynəlxalq Moskva Film Festivalına yekun vurulub. Festivalda “Ən yaxşı film” mükafatı Çin kinematoqrafiyasının istehsalı olan “Təpəli güzgü” filminə, “Xüsusi jüri” mükafatı isə Rusiya kinematoqrafiyasının istehsalı sayılan “The Bottomless Bag” filminə verilib.
“Təbriz” rəqs qrupu Şəkidə
Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın ilk günlərində tamaşaçılar Yaponiyadan, Polşadan, Macarıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər. Festival çərçivəsində iyunun 29-da axşam saatlarında tamaşaçılara İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konserti təqdim olunub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər.
Nura Surinin bütün gizlinləri ÜZƏ ÇIXDI
Bir çox sənətçilərin qazandıqları şöhrətdən başları gicəllənir və qeyri-sağlam həyat tərzi sürməyə başlayır. Onlardan fərqli olaraq müğənni Nura Suri düzgün həyat tərzinin qaydalarına ciddi şəkildə əməl edir. Artist bununla kifayətlənməyib onun təbliği ilə də məşğul olur.
Muzey rəhbərliyi Beynəlxalq Simpoziumda
Qazaxstan Respublikasının Astana şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Milli Akademik Kitabxana və Milli Muzeyin təşkilatçılığı ilə “Oxucu dünyasında mütaliə edən millət” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Tarix muzeyindən “Olaylar” – a bildirilib ki, simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak ediblər.
Muzey əməkdaşı regional seminar-təlimdə
Gürcüstan və Azərbaycan İKOM Milli Komitələri, Gürcüstan Milli Muzeyi və Tiflis Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstan Milli Muzeyində “Muzeylərdə inkluziv proqram” adlı regional seminar-təlim keçirilib. “Ecole Du Louvre”-un professoru, “CECA (İKOM Muzey Pedaqoqikası və Mədəni Fəaliyyət Beynəlxalq Komitəsi)”-nın mütəxəssisi Dr. Marie-Clarte O’Neill-in rəhbərliyi ilə keçirilmiş seminarın mövzusu Cənubi Qafqaz regionu muzeylərinin təhlili əsasında seçilib. Təlimdə Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov iştirak edib. Muzeydən “Olaylar” – a bildirilib ki, seminar-təlimin məşğələlərində muzeylərdə inkluzivlik prinsipi, ekskluziv muzey, inkluziv muzey və sərgillər, inkluzivlik prinsipinin reallaşdırılması, “CECA BP” proqramının tətbiqi və s. mövzularda mühazirələr oxunub.
Cövdət Hacıyevin 100 illiyi “İpək Yolu” festivalında qeyd olunub
İyunun29 - da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır. Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir.
Təbrizli aktyor “999-cu gecə” - də
Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Musiqili Teatrının repertuarında uğurla oynanılan SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Camal Saqinejad tamaşada Şah obrazını canlandıracaq. Artıq məşqlərə başlayan aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib. “Bu mənim Azərbaycan teatrında ilk işim olmayacaq. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” sizin izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılandı. Azərbaycanda teatra, sənətə, ümumilidə mədəniyyətə xüsusi bir diqqət və qayğı var.
“Yaramaz Mən 3” Azərbaycan dilində təqdim olundu
Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz Mən 3” (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Park Cinemadan “Olaylar” – a bildirilib ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.
“Özümü Qarabağ məktəbinin nümayəndəsi hesab edirəm”
Uşaqlığımdan səsim olub. Ailədə demək olar ki, hamının səsi var idi. Məktəb illərində bütün tədbirlərdə ifa edirdim. Məktəbi bitirdikən sonra Tibb Universitetinə hazırlaşırdım. Atamın da, özümün də arzum həkim olmaq idi. Uşaq vaxtı valideynlərim məni tara qoymaq istəyirdilər. Müharibə illərinə təsadüf etdiyi üçün onların bu istəyi alınmadı. Daha sonra İncəsənət Universitetinə imtahan verdim.
89-cu teatr mövsümünün “Sima”sı təqdim olunacaq
Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar. Teatrdan “Olaylar” – a bildirilib ki, ilk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək.











.jpg)


