Mədəniyyət

“Yaramaz Mən 3” Azərbaycan dilində təqdim olundu

29 İyun 2017 15:55

 Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz Mən 3” (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Park Cinemadan “Olaylar” – a bildirilib ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.

“Özümü Qarabağ məktəbinin nümayəndəsi hesab edirəm”

29 İyun 2017 15:49

Uşaqlığımdan səsim olub. Ailədə demək olar ki, hamının səsi var idi. Məktəb illərində bütün tədbirlərdə ifa edirdim. Məktəbi bitirdikən sonra Tibb Universitetinə hazırlaşırdım. Atamın da, özümün də arzum həkim olmaq idi. Uşaq vaxtı valideynlərim məni tara qoymaq istəyirdilər. Müharibə illərinə təsadüf etdiyi üçün onların bu istəyi alınmadı. Daha sonra İncəsənət Universitetinə imtahan verdim.

89-cu teatr mövsümünün “Sima”sı təqdim olunacaq

29 İyun 2017 15:46

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar. Teatrdan “Olaylar” – a bildirilib ki, ilk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək.

Hacı Quliyev doğum günü uşaqlara həsr etdi

29 İyun 2017 15:30

Bu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi vitse- prezidenti, Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri, tanınmış ictimai xadim Hacı Quliyev doğum gününü özünəməxsus şəkildə qeyd edir.

“Anamın məktubu” tamaşası təqdim olunacaq

29 İyun 2017 15:29

İyunun 30 – da S.Bəhlulzadə adına Mədəniyyət Sarayında “NUR” yaradıcı gənclər teatrının təqdimatında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında qurulmuş “Anamın məktubu” tamaşasının təqdimatı keçiriləcək.

Səlcuq Şəhbazi: “Məhərrəm Qasımlı “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə çalışır”

29 İyun 2017 15:17

İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazi tərəfindən redaksiyamıza Azərbaycan Aşıqlar Birliyinə qarşı ittihamlarla dolu müraciət daxil olub. Müraciətdə bildirilir ki, Azərbaycan Aşıqlar Birliyinə yeni təyin olunan sədr Məhərrəm Qasımlı “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə çalışır: “Biz İranda çox böyük çətinliklə Aşıqlar Birliyi yaradanda sevinirdik ki, Azsərbaycan Aşıqlar Birliyi bizə dəstək olacaq, əl-ələ verib birlikdə bu sənəti qabağa aparacağıq.

Mövsüm “Yarımçıq qalmış”la yekunlaşdı...

29 İyun 2017 14:28

Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son tamaşası göstərilib. Teatrdan “Olaylar” – a bildirilib ki,  Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanna “Yarımçıq qalmış”  adlı  tamaşanın  quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

“Adajio” mövsümə yekun vuracaq

29 İyun 2017 13:49

İyulun 8 – də Dövlət Pantomima Teatrında Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya məxsusdur. “Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.

“Xəzri” rəqs ansamblı hesabat konserti

29 İyun 2017 13:20

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin “Xəzri” rəqs ansamblı hesabat konsertini təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsert Ramazan bayramına həsr olunub.

Azərbaycan müğənniləri neçə minlik avtomobil sürür? - SİYAHI

29 İyun 2017 12:57

Azərbaycanlı tanınmışların iştirak etdiyi "Maşın Şou" verilişindən sonra sənətçilərin hansı avtomobilə sahib olduqlarına dair suallar yaranmağa başladı. Bəzi məşhurlar, xüsusi ilə də müğənnilər bahalı avtomobili bir növ onların şöhrətinin, hətta gücünün göstəricisi kimi qəbul edir.

Muğam Mərkəzində “Bayatı-Şiraz” səsləndi

29 İyun 2017 11:48

Beynəlxlaq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olunub.Mərkəzdən “Olaylar” – a bildirilib ki, “Bayatı-Şiraz”ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səslənib. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada-Elnur Salahov, bas tarda-Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda-Mirağa Murtuzov) müşayiət edib.

Yapon musiqi qrupu Şəkidə

29 İyun 2017 07:59

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.  Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.

“İpək Yolu” festivalı çərçivəsində polyak və macar musiqiləri təqdim olundu

29 İyun 2017 07:54

Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü  Şəki Xan sarayının həyətində tamaşaçılara polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun konsert proqramı təqdim olunub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda, bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib. Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Ania Broda etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifidi. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb. 

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

28 İyun 2017 16:06

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət və Turizm Nazirliyi,  Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər. İttifaqdan "Olaylar" - a bildirilib ki, iyunun 27-də axşam saatlarında  festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

“Oyuq”çular beynəlxalq festivalda

27 İyun 2017 16:01

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşürlər. Teatrdan "Olaylar" - a bildirilib ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq “Golden Sparkles European Music Festival"ında ölkəmizi təmsil edəcəklər. Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival 28 iyun 5 iyul tarixlərini əhatə edəcək. Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunacaq.