Mədəniyyət

Xalq artisti VƏFAT ETDİ 

26 İyun 2017 14:53

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib. Bu barədə xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb. Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Bakıda beynəlxalq  festival

26 İyun 2017 08:17

İyulun 13-dən 16-dək Azərbaycan Gənclər İttifaqı və Rəqs Assosiasiyası paytaxtımızda “Baku - Soul of Art” beynəlxalq rəqs və sənət festivalını keçirəcək. Bu barədə məlumat Azərbaycan Rəqs Assosiasiyasının “facebook” səhifəsində yer alıb. Dörd gün davam edəcək festival rəqsin milli və müasir istiqamətlərini, habelə Bakının ən gözəl yerlərinə ekskursiyaları əhatə edəcək. Festivalın sonuncu gününün tədbirləri Dənizkənarı Milli Parkda keçiriləcək.

Amerikalı rəssamın əsərləri Bakıda

24 İyun 2017 16:29

İyunun 30-da “Art Tover” qalereyasında amerikalı tanınmış gənc rəssam Matthew Sekutanın sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək.  “Arts Council Azerbaijan” - dan "Olaylar" - a bildirilib ki, ekspozisiyada ABŞ və Azərbaycanın müxtəlif sahələrdəki əməkdaşlığına aid əsərlər yer alacaq.

Kinematoqrafçılar İttifaqında  iclas

24 İyun 2017 16:24

 Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub. İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.

Xuraman Şuşalı: “Başımı ərimin istəyilə bağlasaydım...”

23 İyun 2017 19:00

“2010-cu ildə ailə qurmuşam, 2013-cü ildə isə başımı bağlamışam. Çox adam elə bilir ki, həyat yoldaşıma görə başımı bağlamışam. Amma bu, belə deyil”. Bunu müğənni Xuraman Şuşalı “Hər şey daxil” verilişinin qonağı olarkən deyib.

Xətai  Sənət  Mərkəzində növbəti müsabiqə

23 İyun 2017 15:24

 İyun  ayının 30-da Azərbaycan  Rəssamlar  İttifaqı  və  Xətai  Sənət  Mərkəzinin  dəstəyi   ilə  İslam  Həmrəyliyi  ilinə  həsr  olunmuş  “SEVGI RƏSSAMLARIN GÖZÜ  İLƏ” adlı sərgi-müsabiqə keçiriləcək. Xətai Sənət Mərkəzindən “Olaylar” – a bildirlib ki, müsabiqə  rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət üzrə keçirilir.  Hər janr üzrə  I, II və III yerlər seçilərək , diplom və hədiyyələrlə  mükafatlandırılacaq. Bütün sərgi iştirakçıları sertifikatla  təltif  olunacaq.  

Teatr Beynəlxalq Xalq Yaradıcılıq Festivalında iştirak edəcək

23 İyun 2017 15:21

Gənc Tamaşaçılar Teatrının kollektivi  iyunun 27 – dən iyulun 3 - ə qədər  Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, beynəlxalq festivalda teatr ölkəmizi Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Saraydan yeni layihə

23 İyun 2017 14:07

Sentyabrın 23 – də Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. Saraydan "Olaylar" - a bildirilib ki, ilk dəfə keçiriləcək “Məşhurlar və övladları” adlı layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli

23 İyun 2017 12:58

"Space" telekanalının aparıcısı Günel Həsənzadə "Gəlin danışaq" verilişinin qonağı olub. Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.

Reanimasiyaya yerləşdirilən Xalq artistinə həkimlərdən qadağa

23 İyun 2017 12:28

İyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinə yerləşdirilən Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabil olaraq qalıb. Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, onun səhhətinə ağırlaşmaya doğru dəyişiklik yoxdur: “Əksinə xəstəxanaya yerləşdirildiyi gündən aparılan müalicələr nəticəsində vəziyyəti daha yaxşıdır. Dünəndən bu günə vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Hələ ki, reanimasiyadadır, palataya köçürülməsi müalicənin gedişindən asılıdır”.

Gürcü alim Məhəmməd Füzulidən kitab yazdı

23 İyun 2017 10:44

 Görkəmli gürcü alimi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb.

Əzizə Cəfərzadə yaradıcılığı monoqrafiyada

23 İyun 2017 10:38

 Əzizə Cəfərzadənin “Cəlaliyyə”, “Bəla”, “Hun dağı”, “Xoş gördük səyyah”, “Xəzərin göz yaşları” povestləri  “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya  tarixilik və müasirlik problemi kontekstində araşdırılıb. AMEA Naxçıvan Bölməsindən “Olaylar” – a bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov tərəfindən yazılan monoqrafiya artıq işıq üzü görüb.

Pantomima Teatrında  “Bədbəxtlik”

23 İyun 2017 10:28

 İyunun 24 – də Azərbaycan Dövlət Pantomima Teatrında premyera  olacaq. Teatrdan “Olaylar” – a verilən məlumata əsasən tamaşaçılar bu dəfə Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri izləyə biləcəklər. Səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.

İslam Mehrəliyev qazandığı avtomobili satıb?

22 İyun 2017 18:55

"Maşın" şounun qalibi İslam Mehrəliyevin qazandığı avtomobili satdığı haqda xəbərlər yayılıb. Hətta mənbə bildirir ki, o borclarını maşının satışından əldə etdiyi pul vasitəsilə ödəyir.