Mədəniyyət
Milli Kino Günləri
Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsnin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının dəstəyilə iyunun 14- də başlanan “Milli Kino Günləri” layihəsinə daxil olan filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş olunur.
Bəsti Sevdiyeva nənə oldu
Əməkdar artist Bəsti Sevdiyevanın ailəsində sevincli anlar yaşanır. Artıq Bəsti Sevdiyeva da nənədir. Muğam ifaçısının qızı Aytac ana olub. Bəsti Sevdiyevanın qız nəvəsi Şimali Kipr Türk Cümhuriyyətində dünyaya gəlib.
“Hərənin öz ulduzu” Ağdama səfər edəcək
Musiqili Teatrı sabah növbəti səfərə yola düşür. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrının kollektivi 20 iyun tarixində cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək. Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən baş tutatcaq. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
Səmərqənddə Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı kitablar təqdim edilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.
"19 yaşımda düşünmədən ailə qurdum" - Samira ağladı
“Özümə çox qapanan insanam. Ağılla iş görürəm. Çünki özümə yaxın qoyduğum insanı sonra buraxmaq istəmirəm”. bu sözləri müğənni Samira Allahverdi “Hər şey daxil” verilişində deyib.
Muğam Mərkəzində “Etnik musiqi inciləri” layihəsi təqdim edildi
Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” adlı yeni layihə təqdim edilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub. Səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq iki ölkə arasında olan diplomatik fəaliyyət və davam edən mədəni və siyasi əlaqələrdən danışıb.
Opera və Balet Teatrı mövsümü başa vurur
Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaq.
Natavan Həbibinin ailə quracağı məşhur bəyin kimliyi ortaya çıxdı FOTOLAR
Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ailə qurmağa hazırlaşır. Sənətçi xeyli müddət idi ki, ərə gedəcəyi şəxsin kimliyini gizli saxlayırdı. Lakin ifaçı həmin kəsin kimliyini üzə çıxarıb. Belə ki, o, ailə quracağı şəxslə əl-ələ tutaraq, masada adlarının baş hərfləri yazılmış foto çəkdirib. Natavan həmin fotonu "İnstagram" səhifəsində paylaşıb.
ADMİU-nun professor-müəllim və tələbə heyətinin konserti
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim, tələbələrinin iştirakı ilə konsert keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, konsertdə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə İnstrumental ifaçılıq kafedrasının müəllimi Leyla Əliyevanın, II kurs tələbəsi Zülfiyyə Muxtarova və I kurs magistr tələbəsi Günel Quliyevanın, III kurs tələbələri Lalə Əhmədova və İlahə Salmanzadənin ifasında İ.S.Baxın müxtəlif əsərləri səslənib.
"Röyanın sevgilisi kimdir?" - VİDEO
İnsanlara hər zaman maraqlı olacaq ki, Röyanın sevgilisi kimdir? Yoxdur, hələ axtarışdayam. Bu sözləri əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Kənanla Pərvin sevgilidir? - Aygündən açıqlama
Müğənni Aygün Mahmudova rejissor həyat yoldaşı Kənan M.M.-lə aktrisa Pərvin Abıyeva arasında yayılan şayiələrə cavab verib. Sənətçi "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, ərinə ləkə yaxmağa çalışırlar.
Nigar Camaldan yol polislərini "ağ yudu, qara sərdi"
Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir. 56-cı “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi bu barədə şəxsi “Feysbuk” hesabında status yazıb. 37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib: “DYP – axır zamanlar çox qudurublar! Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir.
Bolqarıstanda “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti”
Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Sofiya şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olunub. Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti və incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – xalçalar , milli geyimlər, keramika , zərgərlik, misgərlik məmulatları nümayiş etdirildi. Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.
Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirə gecəsi
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, “Şöhrət”ordenli, Azərbaycan xanəndəlik sənətində yerini tutmuş sənətkar Yaqub Məmmədovun xatirə gecəsi keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, sənətkarın xatirə gecəsi Mədəniyyət kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. İlk olaraq sənətkarın ifasında “Şur” muğamının Simayi-Şəms şöbəsi videoçarx vasitəsilə tamaşaçılara çatdırıldı. Daha sonra səhnəyə tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Filologiya və fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində klassik muğam ifaçılığı sənətindəki gördüyü işlərdən, tutduğu yerdən danışdı.
Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Və Turizm Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun “Lay-lay”, “Qərənfil”, S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səsləndi.


.jpg)









.jpg)

