Mədəniyyət

Aygün Səmədzadə müğənnilərə qadağa qoydu: "Mahnılarımı oxumasınlar"

21 İyun 2017 16:22

Mahnılarımı müğənnilərdən çox istəyirəm. Heç vaxt fikirləşməmişəm ki, bəstələrimi bütün müğənnilər oxusun. Fikirləşirəm ki, kimsə mahnımı gözəl oxumayacaqsa, ona heç vaxt qulaq asmayacam. Bəyənməsəm, qəbul etməyəcəm.

Adı məmurla hallanan Məleykə Əsədova 30 illik gizlinləri açdı: "Bu böhtanı yayanı..."

21 İyun 2017 16:05

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisiAydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə bağlı "ölkə.az"-a sensasion açıqlamalar verib: "Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər".

Aşıqlar Birliyinin rəhbərliyi Aşıq Ədalətə baş çəkib

21 İyun 2017 15:51

Əməkdar İncəsənət Xadimi, ustad sənətkar Ədalət Nəsibov Azərbaycan aşıq sənətinin cağdaş dövrümüzdə yaşayan canlı klassikidir. Birlikdən “Olaylar” – a verilən məlumata görə, son dövrdə ustad sənətkarın səhhətində yaranmış problemlə əlaqədar Türkiyədə müayinə olunduqdan sonra Vətənə qayıdan ustad sənətkarın müalicəsi hazırda öz evində davam etdirilir. Azərbaycan Aşıqlar Birliyi yenə də Dədə Ədalətə öz həssas münasibətini göstərir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, iyunun 20-də AAB-nin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, təşkilati işlər üzrə katib Altay Məmmədli, əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və AAB gənclər şurasının sədri Əli Tapdıqoğlu Ədalət Nəsibova baş çəkib, onun səhhəti və müalicəsinin gedişi ilə maraqlanıblar.

Ömər Eldarov və Merab Merabişvilinin əsərləri sərgiləndi

21 İyun 2017 15:47

Tbilisidə Simon Canaşiya adına Gürcüstanın Milli Muzeyində qeyri- adi formatda Azərbaycan və Gürcüstanın heykəltaraş-patriarxları Ömər Eldarov və Merab Merabişvilinin əsərlərindən ibarət sərginin açılışı olub. Muzeydən “Olaylar” – a bildirilib ki, ustad heykəltəraşların yaratdıqları əsərlərin fotoları tamaşaçıya miqyasına görə təqdimetmə üslubunu özləri diktə ediblər. Ekspozisiyanın bu cür maraqlı tərtibatı Gürcüstan Mədəni Birliyi, Gürcüstan Milli Muzeyi və Azərbaycan Mili İncəsənət Muzeyinin dəstəyi ilə “XXI Mədəni Dialoq” Assosiasiyası tərəfindən həyata keçirilib.

"Pulu onların başına vuraram" - Aydın Bəşirovun Məleykə Əsədovaya mənzil bağışlamağına münasibət

21 İyun 2017 15:05

Tanınmış müğənni Əli Mirəliyev Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun xalq artisti Məleykə Əsədovaya mənzil bağışlamağına münasibət bildirib.

“Üçüncü günün adamı” təqdim olunacaq

21 İyun 2017 10:57

İyunun 30 – da Nizami Kino Mərkəzində Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir.

“Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının geniş elmi müzakirəsi

21 İyun 2017 10:13

İyunun 20-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tutunda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevlə görüş keçirilib. Tədbir çərçivəsində alimin yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” po­eti­ka­sına giriş” kitabının müzakirəsi olub. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutan görüşdə bu elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib.

Tarixi Muzeyində I Respublika Elmi Konfransı keçirilib

20 İyun 2017 19:08

 İyunun 20- də Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, iki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı AMEA Rəyasət Heyəti aparatı, Arxeologiya və Etnoqrafiya İnstitutu, Nazirlər Kabineti yanında İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin “İçərişəhər” tarixi muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Xalça Muzeyi, AMEA Memarlıq və İncəsənət İnstitutu,Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti,  Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Hüseyn Cavidin Ev Muzeyi, Bülbülün Memorial Muzeyi, AMEA-nın Gəncə bölməsi, Beyləqan Tarix Diyarşünaslıq Muzeyi, Səttar Bəhlulzadənin ev-muzeyi və s. muzey, elmi tədqiqat İnstitutlarının mütəxəssisləri iştirak ediblər.

Natavanla nişanlanan Dado: "Dostlarımın mənə münasibəti dəyişdi"

20 İyun 2017 16:41

"Münasibətimiz uzun müddətdir var. Əvvəl dost idik. Sonra qərar verdik ki, ailə quraq". Bu sözləri  reper Dado Əliyev (Səid) deyib. Müğənni Natavan Həbibi ilə ailə qurmağa hazırlaşan ifaçı münasibətlərindən danışıb.

Molla Pənah Vaqifin yubileyinə həsr olunan elmi sessiya

20 İyun 2017 15:25

İyunun 21-də saat 14:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Cinsini dəyişən azərbaycanlı kişi müğənnisi YENİ GÖRKƏMİ İLƏ - FOTO

20 İyun 2017 14:46

Vaxtikən populyar olan Azərbaycanın kişi müğənnisi qadın olub.  Hələ 90-cı illərdə Azərbaycanda populyar olan müğənni Rövşən Hicrəti hazırda Hollandiyada Roşana adlı qadın kimi yaşayır.

Vüqar Əliyev VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda

20 İyun 2017 13:18

 Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsi Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Belarusiyanın Mogilev şəhərində keçirilən “Mogilev qonaqların gözü ilə” beynəlxalq simpoziumda iştirak edib. Universitetdən “Olaylar” – a bildirilib ki, Mogilev şəhərinin 750 illiyinə həsr olunan simpoziuma dünyanın doqquz ölkəsindən, Belarus, Rusiya, Azərbaycan, Çin, Hindistan, Litva, Makedoniya, Ukrayna və Özbəkistandan rəssamlar dəvət olunub.

Monoqrafik broşura Avropa və Asiya ölkələrində yayımlanacaq

20 İyun 2017 13:16

Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın LAP Lambert Academic Publishing nəşriyyatının sifarişi ilə türk dilində “Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım” adlı monoqrafik broşurası işıq üzü görüb. Universitetdən “Olaylar” – a bildirilib ki, monoqrafik broşurada “Tarix və mədəniyyət abidəsi” fenomeninin status aspektləri muzeyşünaslıq kontekstində təhlil olunur, bu statuslu mədəni irs obyektlərinin dəyər potensialı qabardılır.

Natavandan nişanlısı ilə bağlı suallara sərt cavab

20 İyun 2017 13:05

Müğənni Natavan Həbibi reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşır. Sənətçinin nişanlısının kimliyi səs-küy yaradıb. Sosial şəbəkədə hər kəs Natavana və Dadoya münasibətləri ilə bağlı suallar ünvanlayıb, bəziləri isə onları qınayıb.

Bədii təhsilin gələcək perspektivləri

20 İyun 2017 10:34

Məlumdur ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə yaradılmış və ümumi, orta ixtisas, tam orta, ali və əlavə təhsil proqramlarını həyata keçirən çoxpilləli təhsil kompleksidir. Akademiyanın orta ixtisas təhsil proqramını Akademiya nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci həyata keçirir.