Mədəniyyət

Muzeydə I Respublika elmi konfransı keçiriləcək

19 İyun 2017 22:07

 İyunun 20 –də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçiriəcək. Muzeydən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, müasir cəmiyyətdə muzey.

Muzeydə şəhid Elçin Baxşəliyevə həsr olunmuş anım tədbiri

19 İyun 2017 22:00

AMEA Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevin anım tədbiri keçirilib. Muzeydən “Olaylar” –a bildirilib ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, o cümlədən, şəhidin ailə üzvləri və cəbhə yoldaşları, media işçiləri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan etdi. Akademik şəhid E.Baxşəliyevin ailəsinə baş sağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulması və gənc nəsillərin də qəhrəmanlarımızı tanımalarının vacib olduğunu bildirdi. Daha sonra şəhidin şücaətindən, döyüş yolundan danışıldı.

“İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində növbəti mühazirə

19 İyun 2017 21:54

Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilib.  Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutub. “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak ediblər. Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib.

Milli Kino Günləri

19 İyun 2017 21:46

Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsnin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının dəstəyilə iyunun 14- də başlanan “Milli Kino Günləri” layihəsinə daxil olan filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş olunur.

Bəsti Sevdiyeva nənə oldu

19 İyun 2017 18:40

Əməkdar artist Bəsti Sevdiyevanın ailəsində sevincli anlar yaşanır. Artıq Bəsti Sevdiyeva da nənədir. Muğam ifaçısının qızı Aytac ana olub.   Bəsti Sevdiyevanın qız nəvəsi Şimali Kipr Türk Cümhuriyyətində dünyaya gəlib.

“Hərənin öz ulduzu”  Ağdama səfər edəcək

19 İyun 2017 16:09

Musiqili Teatrı sabah növbəti səfərə yola düşür. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrının kollektivi 20 iyun tarixində cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək. Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən baş tutatcaq. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.

Səmərqənddə Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə  Azərbaycanla bağlı kitablar təqdim edilib

19 İyun 2017 15:47

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.

"19 yaşımda düşünmədən ailə qurdum" -  Samira ağladı

19 İyun 2017 15:33

“Özümə çox qapanan insanam. Ağılla iş görürəm. Çünki özümə yaxın qoyduğum insanı sonra buraxmaq istəmirəm”.  bu sözləri müğənni Samira Allahverdi “Hər şey daxil” verilişində deyib. 

Muğam Mərkəzində  “Etnik musiqi inciləri” layihəsi təqdim edildi

19 İyun 2017 14:56

Beynəlxalq Muğam Mərkəzində  “Etnik musiqi inciləri” adlı yeni layihə təqdim edilib.  Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub. Səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq iki ölkə arasında olan diplomatik fəaliyyət və davam edən mədəni və siyasi əlaqələrdən danışıb.

Opera və Balet Teatrı mövsümü başa vurur

19 İyun 2017 14:52

Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaq.

Natavan Həbibinin ailə quracağı məşhur bəyin kimliyi ortaya çıxdı FOTOLAR

19 İyun 2017 12:35

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ailə qurmağa hazırlaşır. Sənətçi xeyli müddət idi ki, ərə gedəcəyi şəxsin kimliyini gizli saxlayırdı. Lakin ifaçı həmin kəsin kimliyini üzə çıxarıb. Belə ki, o, ailə quracağı şəxslə əl-ələ tutaraq, masada adlarının baş hərfləri yazılmış foto çəkdirib. Natavan həmin fotonu "İnstagram" səhifəsində paylaşıb.

ADMİU-nun professor-müəllim və tələbə heyətinin konserti

19 İyun 2017 12:18

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim, tələbələrinin iştirakı ilə konsert keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, konsertdə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına  Dövlət Kamera Orkestrinin müşayiəti ilə İnstrumental ifaçılıq kafedrasının müəllimi Leyla Əliyevanın, II kurs tələbəsi Zülfiyyə Muxtarova və I kurs magistr tələbəsi Günel Quliyevanın, III kurs tələbələri Lalə Əhmədova və İlahə Salmanzadənin ifasında İ.S.Baxın müxtəlif əsərləri səslənib.

"Röyanın sevgilisi kimdir?" - VİDEO

19 İyun 2017 11:46

İnsanlara hər zaman maraqlı olacaq ki, Röyanın sevgilisi kimdir? Yoxdur, hələ axtarışdayam. Bu sözləri əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Kənanla Pərvin sevgilidir? - Aygündən açıqlama

19 İyun 2017 11:22

Müğənni Aygün Mahmudova rejissor həyat yoldaşı Kənan M.M.-lə aktrisa Pərvin Abıyeva arasında yayılan şayiələrə cavab verib. Sənətçi "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, ərinə ləkə yaxmağa çalışırlar.

Nigar Camaldan yol polislərini "ağ yudu, qara sərdi"

19 İyun 2017 10:29

Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir. 56-cı “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi bu barədə şəxsi “Feysbuk” hesabında status yazıb. 37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib: “DYP – axır zamanlar çox qudurublar! Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir.