Mədəniyyət

Bolqarıstanda “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti”

17 İyun 2017 21:09

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Sofiya şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olunub. Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti və incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – xalçalar , milli geyimlər, keramika , zərgərlik, misgərlik məmulatları nümayiş etdirildi. Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.

Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun  xatirə gecəsi 

17 İyun 2017 10:30

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, “Şöhrət”ordenli, Azərbaycan xanəndəlik sənətində yerini tutmuş sənətkar Yaqub Məmmədovun xatirə gecəsi keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, sənətkarın xatirə  gecəsi Mədəniyyət kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. İlk olaraq sənətkarın ifasında “Şur” muğamının Simayi-Şəms şöbəsi videoçarx vasitəsilə tamaşaçılara çatdırıldı. Daha sonra səhnəyə tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Filologiya və fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində klassik muğam ifaçılığı sənətindəki gördüyü işlərdən, tutduğu yerdən danışdı.

Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert

16 İyun 2017 23:29

Beynəlxalq Muğam Mərkəzində  Milli Qurtuluş gününə həsr olunmuş  Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir  Mədəniyyət və Turizm Nazirliyi,  Mədəniyyət Və Turizm  Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun  “Lay-lay”, “Qərənfil”,  S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”,  Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səsləndi.

"Günümüzün ustad aşıqları"- sonuncu kitab

16 İyun 2017 23:25

Azərbaycan Aşıqalr Birliyinin yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seüriyasından sonuncu – doqquzuncu kitab da işıq üzü görüb. Birlikdən "Olaylar" - a bildirilib ki, 2016-cı ilin sonlarından başlayan layihə çərçivəsində çağdaş dövrümüzdə Azərbaycan aşıq sənətində öz dəst-xətti ilə seçilən Əməkdar İncəsənət xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət İşçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Xatırladırıq ki, bu ustad aşıqlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir.

Fehruz Şamıyev “Kinoman nələri bilməlidir?” adlı seminarda

16 İyun 2017 16:47

İyunun 17 – də saat 17:00 – da Dialogue Cafedə  “Kinoman nələri bilməlidir?” adlı seminar təşkil olunacaq. Seminarda filmsevərlər  filmləri hansı xüsusiyyətlərinə görə seçməli, baxarkən nələrə diqqət etməli, ümumiyyətə filmləri bir-birindən məktəblərinə görə necə ayırd etməli suallarına cavab tapmaq tapacaqlar. Seminar Bakı Film İnstitutunun rəhbəri, kinoprodüser və rejissor Fehruz Şamıyevin iştirakı ilə həyata keçiriləcək.

Aşıqlar Birliyində çinli alimlə görüş

16 İyun 2017 15:29

Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Aşıqlar Birliyində olub. Bu haqda “Olaylar” – a  məlumat verən AAB-nin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaq olub. Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. M.Qasımlı eyni zamanda çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son saylarını, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.

Qədim Səmərqənddə Azərbaycan mədəniyyət günlərinin açılışı olub

16 İyun 2017 14:13

Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü ilə bu qədim şəhərdəki park – bulvarda Azərbaycan mədəniyyət günlərinin açılışı olub.

“Sərgüzəşti Vəziri Xani Lənkəran” bölgələrdən döndü

16 İyun 2017 13:33

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti  Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vurub. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikanın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.

“Mən gəldim qızlar” “Səhnədən salam”dan qayıtdı

16 İyun 2017 13:30

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla dönüb. Teatrdan “Olaylar” – a bildirilib ki, festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq Artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb. İyun ayının 17-dək davam edəcək festivalda yaradıcı heyət görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşa həmçinin paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib. Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi.

Oksana Rəsulova “Maşın” şou haqqında bütün həqiqəti açdı

16 İyun 2017 13:09

“Maşın şou”nun finalına qədər gəlib çıxan, lakin qalib ola bilməyən aktrisa və rəqqasə Oksana Rəsulova veriliş haqqında təəssüratlarını sosial şəbəkədə paylaşıb. Tanınmış ulduz bu verilişdən böyük təcrübə və həyat dərsi çıxardığını etiraf edib: "Bu gözəl televiziya şousuna görə peşəkar teleaparıcı, şoumen, aktyor və sadəcə yaxşı insan Murad Dadaşova çox böyük təşəkkürümü bildirmək istəyirəm.

Nazir mükafatlandırdı

16 İyun 2017 12:48

Tamaşaçılar Teatrının istedadlı aktrisası, əməkdar artist Kəmalə Hüseynova Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Gənc Tamaşaçılar Teatrında  Milli Qurtuluş Günü 

15 İyun 2017 14:03

Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Teatrdan "Olaylar" - a bildirilib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətli mövqeyindən danışıb: “1993-cü ildə, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ümummilli lider Heydər Əliyevin rəhbərliyə qayıdışı müstəqil dövlətimizin qurtuluşunu təmin etdi. Onun hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradaraq, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanları həyata keçirə bilmişdir.

Gənc pianoçuların III Respublika müsabiqəsinin yekun konserti

15 İyun 2017 13:22

Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III Respublika müsabiqəsinin yekun konserti keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi Respublika müsabiqəsi təşkil edilmişdir. Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndiriblər.

“Heydər Əliyev və muzeylərimiz”

14 İyun 2017 17:20

İyunun 14 – də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Muzeydən “Olaylar” – a verilən məlumata görə, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. O, “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə etmişdir. Ulu Öndərin Muzeyin filialı olan Niyazinin mənzil muzeyinin açılışındakı nitqinin videoyazısı nümayiş olunub.

"Deyirlər ki, acıdil və qırmızısan"

14 İyun 2017 16:54

"Dəfələrlə filmə dəvət almışam, amma razılaşmamışam. Keyfiyyətli işə hər zaman dəstək oluram. İstedadlı insanların yanında oluram. Dəxli yoxdur film sahəsindədir, ya müğənnidir... Məni qınayırlar ki, acıdilsən, sözü qırmızı üzə deyirsən".