Mədəniyyət

Musiqili Teatrda “Heydər Əliyev dərsi”

14 İyun 2017 16:48

Musiqili Teatrında 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsi” keçirilib. Dərsi açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib. “Müasir Azərbaycan dövlətçiliyinin əsası məhz 15 iyun tarixində qoyuldu. Əgər o zaman Ümummilli lederimiz Heydər Əliyev parcalanmaq, dağılmaq həddində olan ölkəmizə sahib çıxmasaydı, yəqin ki, indi dünya xəritəsində Azərbaycan adlı dövlət yox idi”, deyə Ə. Lalayev bildirib. Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib. J. Əliyeva çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib.

Muğam Mərkəzinin “Çahargah” muğamı səsləndi

14 İyun 2017 16:40

 Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” layihəsi çərçivəsində səslənən “Çahargah” muğamsevərləri bir araya topladı.  Mərkəzdən “Olaylar” – a bildirilib ki, muğamın müxtəlif şöbələri və güşələri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramovun ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tar-Ayaz İmranov,kamança- Elvin Novruzov, ud- Əmrah Orucov, qanun- Humay Abbas, nağara- Soltan Əliyev, balaban- Adil Müslümov) müşayət edirdi. Xanəndələr tərəfindən ifa olunan “Çahargah” muğamının rəngarəng ifası  tamaşaçılar tərəfindən alqışla qarşılandı.

Mədəniyyət və Turizm Baş İdarəsinin yeni layihəsi

14 İyun 2017 16:37

İyunun 14 – də Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə Milli Kino günləri keçirilir. Baş İdarədən “Olaylar” – a bildirilib ki, tədbirin rəsmi hissəsində İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək bu cür layihələrin keçirilməsində əsas məqsəd milli filmləri daha geniş tamaşaçıya təqdim etmək, son illərdə çəkilmiş, cəmiyyətin sosial həyatını əks etdirən, vətənpərvərlik ruhunda olan və milli qəhrəmanlarımızdan bəhs edən filmlərin təbliği olduğunu qeyd edib. Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva nümayiş olunacaq filmlər haqqında geniş məlumat verib. Rəsmi hissədən sonra tədbirin 15 iyun Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyindən ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyətə gedən yol” adlı sənədli film nümayiş edilib, daha sonra tamaşaçılar bir necə beynəlxalq mükafatlar qazanmış “Axınla aşağı” milli filminə baxıblar.

Elcan "Maşın" şoudan getdi?

14 İyun 2017 16:35

Bu gün bəzi informasiya portallarında "Maşın şou"da finalçısı olan Elcan Rəsulovun şoudan getdiyi yazılıb. Məsələ ilə bağlı şounun təşkilatçıları ilə əlaqə saxlayıb. Onlar yayılan məlumatın dezinformasiya olduğunu və şou yaratmaq xatirinə yazıldığını deyiblər: "Bu yalan məlumatdır və bəzi saytlar İP yığmaq üçün belə addıma əl atırlar. Bildiririk ki, şoumuzla bağlı məlumat yalnız efir zamanı göstərilir. Bundan əvvəlki "Maşın"larda da belə olub, indi də belədir. Elcana qaldıqda isə, deyə bilərik ki, şouda hər 3 finalçı iştirakını davam etdirir".

Komaya düşən meyxanaçıdan yeni xəbər

14 İyun 2017 16:09

Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhəti yaxşılaşır.  Bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, dayısı növbəti dəfə xəstəxanada müayinədən keçib: “Düz 1 həftə bundan qabaq Kərim bəy növbəti dəfə xəstəxanada müayinə olundu.

Ukraynalı dirijor Viktoriya Ratsyuku Opera və Balet Teatrında

14 İyun 2017 15:25

 İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət edib. Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlayıb. O musiqinin müxtəlif janrlarında: opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində çox uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış etmişdir.

Muğam Mərkəzinin təşkilatçılığı ilə Ağsuda Qurtuluş gününə həsr olunmuş  konsert- VİDEO

14 İyun 2017 14:45

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu Mədəniyyət Sarayında Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artis Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, xanəndələr Eldəniz Məmmədov, Rövşən Əziz çıxış etdilər. İfaçıları “Buta” intrumental ansamblı müşayiət edirdi. Ansamblının bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, balabanda Abuzər Güləliyev, qarmonda Anar Niftəliyev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, zərb alətlərində Aslan Bayramov və bəm tarda Kamran Novruzov ifa edirdi.

“Maşınlar”, “Transformerlər”, “Hörümçək adam” – Park Cinemada

14 İyun 2017 14:31

Yay mövsümünün başlaması ilə əlaqədar Park Cinema kinoteatrlar şəbəkəsi IMAX-da “Super Qiymət” aksiyasına start verir. “İyul ayının ortasına kimi bu yayın ən məşhur premyeraları gözlənilir, və biz böyük məmnuniyyətlə kinosevərlərə bu filmləri super qiymətə izləmək şansı təqdim edirik. Belə ki, Bazar ertəsindən Çərşənbə gününə qədər IMAX-da günorta seansları üzrə super qiymət qüvvədə olacaq – 6.90 azn. İnanırıq ki, izləyicilər böyük ekranda sevimli qəhrəmanlarına bir addım daha yaxın olacaq və IMAX-ın xüsusi effekt və səs keyfiyyətindən zövq alacaqlar” -  deyə, kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov bildirib.

Yuğda premyera

14 İyun 2017 12:10

 İyunun 14 – də Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı heyəti yeni tamaşa -"Metamorfoza" adlı səhnə əsərinin premyerası olacaq. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki,  rejissor  Günay Səttarın quruluşunda təqdim olunacaq. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış edəcəklər.

Almaxanım Əhmədli Qran-pri mükafatına layiq görüldü

14 İyun 2017 11:33

 Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə V sinif şagirdi Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb. Baş İdarədən “Olaylar” – a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa olundu

14 İyun 2017 10:08

İyunun 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının birgə səyləri ilə keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı tədbirdə Rusiya imperatorlarının mühafizə konvoyunda olmuş Azərbaycan tağımlarının uniforması tədim olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, Azərbaycanın hərb tarixi müxtəlif hadisələr, şanlı səhifələrlə zəngindir. Bu tarixin hərtərəfli araşdırılması yalnız respublika müstəqillik qazanandan sonra mümkün olmuşdur. Tarixçilərin səyləri il yeni-yeni faktlar müəyyən edilir, geniş ictimaiyyətə çatdırılır. Belə az məlum olan faktlardan biri Rusiya imperatorlarının mühafizə xidmətində (konvoyunda) 1838-1881-ci illərdə Azərbaycan hərbi hissələrinin olmasıdır. Bu hərbi hissələrin tarixinin, şəxsi heyətin bioqrafiyalarının, döyüşçülərin uniforma və silahlarının müəyyən edilməsi bir neçə alimin səyləri ilə mümkün olmuşdur.

Xalq Yazıçısı İsa Muğannanın xatirəsi anılıb

14 İyun 2017 09:51

 “Hədəf Nəşrləri” və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Xalq Yazıçısı İsa Muğannanın məzarı ziyarət olunub. “Hədəf Nəşrləri”nin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri, Muğanna oxucuları yazıçının Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Rüstəm Kamal, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor İlham Pirməmmədov və başqaları Xalq Yazıçısı İsa Muğannanın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

“Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans

14 İyun 2017 09:41

Muzey mərkəzinin akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransa ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri dəvət olunmuşdu. Mövzu ilə bağlı elm və incəsənət xadimləri çıxış etdilər. Həmçinin keçəçi rəssam Rauf Əbdülhəsənoğlu, professor Maya Qafarova, modelyer Gülnarə Xəlilova, əməkdar mədəniyyət işçisi Səadət Təhmiraz qızı və başqaları. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bu tipli tədbirlərin əhəmiyyətindən danışdı.

Tanınmış bəstəkar qəflətən dünyasını dəyişdi

14 İyun 2017 09:34

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev səhər saatlarında dünyasını dəyişib. Bu barədə Rejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin məlumat verib: “Noyabrda yubiley konserti olacaqdı, əcəl aman vermədi. Qəfil ölümü ilə hamımızı sarsıtdı. On gün idi ki, infarkt keçirtmişdi. Həkimlərin ümidi yox idi. Üç gün idi ki, evə gətirmişdilər. Bu dəqiqələrdə keçinib”.