Mədəniyyət
“Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu
Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq Qapı” günü tədbiri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Birlikdən “Olaylar” – a bildirilib ki, toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələləri üzrə sədr Mirnaib Həsənoğlu açdı. İlk olaraq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş fotoqraf T.Əfəndiyevin xatirəsi yad olundu. Daha sonra ağır yol qəzasında yaralanmış həmkarımız Azər Həmzəyevin səhəti ilə əlaqədar məlumat bildirildi. İştirakçılar Azərin tezliklə sağalması üçün arzu,dualarını bildirdilər. Bir daha yardım etmək istəyənlərə bank nömrəsi xatırlandı. Tədbirdə may ayı üçün nəzərdə tutulmuş “Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vurulduğu xatırladıldı. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədova idi.
Mayra Almaszadə Həştərxanda ustad dərsləri keçdi
Rusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçib. Akademiyadan “Olaylar" – a bildirilib ki, interaktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasısının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilib, müzakirələr aparılıb. Bununla belə müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanmış və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilib.
Əməliyyat olunan Murad Dadaşov: "Baxdı ki, infeksiya düşüb, proses pisləşib
Əməkdar artist Murad Dadaşov ötən gün "Maşın" reailiti-şosuna çıxmayıb. Proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib. Aparıcı hacı Nuran Hüseynov şoumenin bu səbəbdən efirə çıxa bilmədiyini söyləyib. Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.
Aşıq Ədalətin vəziyyəti pisləşdi: Həkimlər əməliyyatdan imtina edirlər
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ədalətin vəziyyəti ağırlaşıb. Səhhəti ilə bağlı çətinliklə də olsa, açıqlama verən Aşıq Ədalət bildirib ki, təcili şəkildə Türkiyəyə getməlidir: “80 yaşım var. Boğazımda ciddi problemlər yaranıb. Danışmaqda çətinlik çəkirəm.
Xalq artistimiz şortikdə
Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni fotolarını paylaşıb. Aktrisa qızı ilə birlikdə istirahətə yollanıb. O, rəfiqəsinin bağında dincəldiklərini bildirib: "Neçə günlərdir teatrda yeni tamaşanın məşqlərinin yorğunluğunu rəfiqəmin bağında istirahətlə çıxırdıq. Rəfiqələrlə birlikdə gözəl aurası olan bu evdə görüşməyin başqa ləzzəti var. Həyətdəki dərmansız meyvələr bağa gözəllik verir".
Dərs oxumayanlar parta oxuyardılar… Təranə Əlizadə yazır
-Tələbəsən? -Neçənci kurssan? -Hara gedirsən? Bir qədər uzaqda dayanmış solğun bənizli də əlindəki vedrəni kənara atıb nə desə yaxşıdı? -Bina təmirdədi… -Həəə, elə onu deyirəm də, xatirələrin harasına yaraşır təmir olunmaq?! Heyif deyildi o tör-töküntü bina?! Ürəyimiz necə istəsə elə də davranırdıq. Hələ buna bax ey, bu seyf qapı kimindi belə? Yüz faiz bizim deyil, deyib iki pillə də yuxarı dırmaşıram: bizimki taxdadan idi, özü də məscid qapısı kimi hamıya açıq idi. Arada Yasamal məscidi yerinə karıxıb bura gəlməyim də olurdu. Nədənsə, mən həmişə buranın müqəddəsliyinə inanmışam.
Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunub
Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib. Teatrdan “Olaylar” – a bildirilib ki, böyük sənətkarın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Öncə teatr və kino tarixində özünəməxsus yeri olan unudulmaz akrtyorun məzarı ziyarət edilib. Burada teatrın kollektivi ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tarixinəzə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər. Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub.
Muğam Mərkəzində ozanların ifasında İrfan türküləri səsləndi
Beynəlxlaq Muğam Mərkəzində Türk sufi-ozanlarının konserti keçirilib. Mərkəzdən “Olaylar” - biuldirrilib ki, konsertdə Hüseyn Albayrak və Ali Rıza Albayrak tamaşaçılar qarşısına tükr musiqisinin əsas qollarından sayılan İrfan musiqi ilə çıxış ediblər. Öncə tamaşaçılar İrfan fəlsəfəsi ilə tanış oldular. Birdirildi ki, irfan musiqisi insanla təbiət barəsində bilavasitə rol oynayır. İrfan musiqisi dedikdə ruha birbaşa təsir göstərib, müxtəlif hallar yarada bilən bir musiqi nəzərdə tutulur.
Nişanlısından ayrılan azərbaycanlı aktrisa açıq-saçıq FOTO-larını yaydı
"Sənə inanıram" serialının Əminəsi və Vahid Mustafayevin rejissorulu ilə çəkilən "Qanlı Yanvar" filminin Larisası Tamilla Həmidova İnstaqram hesabında açıq-saçıq şəkillərini şəkillərini paylaşıb. Aktrisa paylaşdığı şəkillərdən biri söz söhbətə səbəb olub. Belə ki, T.Həmidova rəfiqəsi ilə hovuz kənarındakı şəkli diqqət çəkib. Qeyd edək ki, aktrisa bir müddət əvvəl iranlı nişanlısı ilə ayrılıb.
Nahid Bağırov: "Əcnəbilər artıq öz ölkələrində Azərbaycan haqqında danışır"
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açıb.
“İnsan səsi” tamaşası nümayiş olundu
Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunub. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.
Azərbaycan və Özbəkistan poeziyası bir kitabda
Bakıda “Özbəkistan-Azərbaycan poeziyası: əbədi dostluq əlaqələri” (“Ўзбекистон - Озарбайжон шеърияти: боқий дўстлик ришталари) adlı antologiya nəşr olunub. Bu barədə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Saodat Muhammedova məlumat verib. O qeyd edib ki, kitab Daşkənddə hazırlanaraq Bakıda çap edilib. Kitabın ərsəyə gəlməsində şair Süleyman Abdullanın da böyük əməyi keçib.
“Şiddət” - ə YOX DEYƏK
İyunun 12 – də saat 17:00 – dan 19:30 – dək Bakıda "ŞİDDƏT" adlı fotosərgi keçiriləcək. Azərbycan Fotoqraflar Birliyindən “Olaylar” – a bildirlib ki, layhənin məqsədi cəmiyyətdə insanların biri birinə və özünə qarşı törətdikləri şiddətə və zorakılığa "YOX" deməkdir. Qeyd edək ki, layihə rəhbəri Nisa Rahimova, fotoqrafı Taleh Valehov, qrim ustası Fəridə Abbasovadı.
ADMİU "Mədəniyyət kanalı" və "Azərbaycan radiosu"nun birgə layihəsində
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mədəniyyət" kanalının və "Azərbaycan" radiosunun təşkilatçılığı ilə "Odlar ölkəsi" adlı gənc estrada ifaçılarının konserti keçirilib. Universitetdən “Olaylar" – a bildirilib ki, konsertdə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin I kurs tələbələri Tural Xəlilzadə O.Kazıminin “Bakının qızları”, Şəfiqə Abbasova T.Quliyevin “Qaynana” k/f-dən “Məhəbbətin çırağı”, I.Berlini “Cheek to cheek”, E.Prydz, S.Winwood, W.Jennings “Call on my”, II kurs tələbələri Sərxan Cəfərov T.Quliyevin “Bakı haqqında mahnı”, A.Menken “Beauty and the beast”, Şövqi Əmrahov E.Sabitoğlunun “Baladadaşın ilk məhəbbəti” k/f-dən “Sevgi mahnısı”, Güllü Bəhərzalova V.Gərayzadənin “Qaytar eşqimi”, Nigar Xəlilova T.Quliyevin “Sevinc mahnısı”, D.Frank, S.Kipner “Genie in a bottle”, IV kurs tələbəsi Safa Eldarov O.Kazıminin “Eşqimin bəxti” və P.Medley “Twist and shout” mahnılarını ifa ediblər.
ADMİU-da Muğam sənəti kafedrasının yaradıcılıq ifa işi
Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının yaradıcılıq ifa işi keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, kafedranın baş müəllimləri Xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Zakir Əliyev “Zəmin-xarə”, “Şur”, “Mahur”, “Bayatı-Şiraz” təsnif və xalq mahnılarını ifa ediblər.






.jpg)







.jpg)