Mədəniyyət

Muğam Mərkəzində xalq artisti Yaqub Məmmədovun xatirəsi yad olunacaq

9 İyun 2017 15:23

İyunun 16 – da Beynəlxalq Muğam Mərkəzində Yaqub Məmmədovun xatirəsi yad olunacaq. Mərkəzdən “Olaylar” – a bildirilib ki, xatirə gecəsi Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalın birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

Pianoçu Ayan Məmmədlinin növbəti möhtəşəm qələbəsi

9 İyun 2017 15:14

Rusiyanın Pyatiqorsk şəhərində gənc pianoçuların V.Y.Safonov adına XII Beynəlxalq musiqi müsabiqəsi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhəri T.Quliyev adına 12 saylı onbirillik musiq məktəbinin VII sinif şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli də, dünyanın müxtəlif ölkələrindən gəlmiş 75 nəfər iştirakçının qatıldığı bu müsabiqədə iştirak etmişdir.

Musiqili Teatrda “3 gün sizinlə”

9 İyun 2017 14:51

 Musiqili Teatrı növbəti layihəyə start verib. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda olaraq öz sevimli tamaşaçılarının görüşünə gələcəklər. Bu dəfə isə Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17 iyun saat 19.00-da Ü. Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.

25 illik fəaliyyətin  hesabatı

9 İyun 2017 14:50

 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbi 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, əməkdar artistlər Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev, Mirnazim Əsədov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Mübariz Həmidov yaradıcılıq seminarında iştirak edəcək

9 İyun 2017 14:03

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə 1-4 dekabr tarixlərində RF-in paytaxtı Moskva şəhərində Rusiya Federasiyasının, MDB və Baltikyanı ölkələrin Gənc Tamaşaçılar və Gənclər Teatrları rəhbərlərinin iştirakı ilə beynəlxalq yaradıcılıq seminarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, “Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində RF-in, MDB və Baltikyanı ölkə teatrları rəhbərləri öz həmkarları ilə qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək” – deyə M.Həmidov bildirib.

Sarayda Keloğlan Masalları Müzikali – 2

9 İyun 2017 14:01

Heydər Əliyev adına Sarayda Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq. Saraydan “Olatylar” – a bildirilib ki,  uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası oktyabrın 22  - də uşaqların ixtiyarına veriləcək.

"İnsan səsi” tamaşası nümayiş olunacaq

9 İyun 2017 13:59

 İyunun 10-da saat Akademik Milli Dram Teatrının kiçik zalında Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, Fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu mono pyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur. Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur. Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır.

Muğam Televiziya Müsabiqəsinin yarımfinalı  başa çatdı

9 İyun 2017 12:47

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirlıiyinin yaxından iştirakı Azərbaycan Televiziya təşkilatçılığı ilə 6 – cı Muğam Televiziya Müsabiqəsinin yarımfinalı Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, münsiflər heyyətinin üzvləri respublikanın Xalq artistləri Arif Babyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, əməkdar incəsənət xadimi Nadir Axundov iştirakcıların çıxışlarına 10 ballıq sistemə əsasən qiymətləndirdilər.

İyunda “Yuğ” – da

9 İyun 2017 12:43

“YUĞ” Dövlət Teatrı “Olaylar” – a iyun ayı üçün olan repertuarı təqdim edir. 10 iyun, şənbə K.Abdulla “Səsimi unutma” 19.00 13 iyun, çərşənbə axşamı T.Əngin “Boy” 19.00 14 iyun, çərşənbə S.Haqverdiyeva “Metamorfoza” 19.00 15 iyun, cümə

Salman Qəmbərov “Jazz meets world” adlı konsertdə

9 İyun 2017 12:38

Tanınmış caz ifaçısı, əməkdar artist Salman Qəmbərov Almaniyanın Köln və Darmştadt şəhərlərində təşkil edilən “Jazz meets world” adlı konsertdə çıxış edib. “Eorasiyans Unity” ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini də səsləndirib. Bu barədə məlumat verən əməkdar artist bildirib ki,  “Konsertdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan olmaqla 7 nəfər musiqiçi iştirak edib. Ölkəmizi isə iki gün davam edən konsertdə mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin “RBB” radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq”.

Nağılları yaşadaq

9 İyun 2017 12:37

İyunun 12-də Abşeron rayon Xırdalan şəhəri Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron rayon Təhsil Şöbəsinin birgə hazırladıqları “İslam Həmrəyliyi İli” ilə əlaqədar Abşeron rayon məktəbləri arasında “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsini keçirəcək. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Misir dövlətlərinin nağılları təqdim olunacaq. Tədbiri keçirməkdə məqsəd İslam dövlətlərinin mədəniyyət, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, zəka və intellektualı yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirməkdir.

“Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiya təqdim olundu

9 İyun 2017 12:22

İyunun 8-də Bakıda Yunus Əmrə İnstitutunda “Tanpınarı kəşf edirəm” adlı müsabiqəsində qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu “Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiyanın təqdimatı keçirilib.

TEAS PRESS Nəşriyyat Evində 10 kitab nəşr olundu

9 İyun 2017 12:14

TEAS PRESS Nəşriyyat Evi  tərəfindən Xalq yazıçısı Çingiz Abdullayevin 10 kitabı Azərbaycan dilində ilk dəfə  işıq üzü görüb. Əsərlər Azərbaycanın peşəkar mütərcim və redaktor heyəti tərəfindən dilimizə tərcümə edilib və çapa hazırlanıb. Çingiz Abdullayevin əsərlərinin pərəstişkarları, eləcə də zövqlü oxucular ən yüksək poliqrafik standartlara tam cavab verən bu kitabların tərcümə və redaktə səviyyəsindən məmnun qalacaq. Cəmiyyətdən “Olaylar” – a bildirlib ki, kitabların üçü – “Bumeranq zərbəsi”, “Qurbanlıq sindromu” və “Vicdanın adaptasiyası” romanları əslində bir-birinin davamıdır. Trilogiyada haqqında bəhs olunan hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir. Seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla seriya qətllər törədir.

Sərxan və Təranə qalmaqalına Musadan reaksiya: "Mənim elə dostum yoxdur"

8 İyun 2017 17:15

"Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" realiti-şousunda qalmaqallar bitmək bilmir. Proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında mübahisə yaşanıb. Tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib. S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib: "Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə hörmətim var onlara. Təranədən əvvəl Musanı tanımışam".

Nabokovun kitabı təqdim ediləcək

8 İyun 2017 17:02

İyun ayının 14-də Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabının təqdimatı keçiriləcək.   Təqdimat mərasimi saat 17:00-da başlayacaq, 19:00-a qədər davam edəcək.