“Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiya təqdim olundu
İyunun 8-də Bakıda Yunus Əmrə İnstitutunda “Tanpınarı kəşf edirəm” adlı müsabiqəsində qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu “Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiyanın təqdimatı keçirilib.
9 İyun 2017 12:22 Mədəniyyətİyunun 8-də Bakıda Yunus Əmrə İnstitutunda "Tanpınarı kəşf edirəm" adlı müsabiqəsində qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu "Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya" adlı antologiyanın təqdimatı keçirilib.
İnstitutdan "Olaylar" - a bildirilib ki, institutun direktoru İbrahim Yıldırım müsabiqənin çox uğurla keçdiyini bildirib. Öz həmkarlarına və iştirakçılara uğurlar diləyib.
Layihənin əlaqələndiricisi, yazıçı-publisist Şəhla Aslan, qaliblərdən filologiya elmləri doktoru, professor Yeganə Nəhmətulla, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və başqaları iki qardaş xalq arasında mədəni əlaqələrin genişlənməsində belə layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Yarışma qaliblərinin 5 gün Türkiyənin 5 şəhərinə səfəri hər iki ölkənin mətbuatında geniş işıqlandırılıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral layihənin əhəmiyyətindən danışıb. Sonda qaliblərə və tədbir iştirakçılarına kitablar təqdim olunub.