Nağılları yaşadaq
İyunun 12-də Abşeron rayon Xırdalan şəhəri Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron rayon Təhsil Şöbəsinin birgə hazırladıqları “İslam Həmrəyliyi İli” ilə əlaqədar Abşeron rayon məktəbləri arasında “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsini keçirəcək. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Misir dövlətlərinin nağılları təqdim olunacaq. Tədbiri keçirməkdə məqsəd İslam dövlətlərinin mədəniyyət, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, zəka və intellektualı yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirməkdir.
9 İyun 2017 12:37 Mədəniyyətİyunun 12-də Abşeron rayon Xırdalan şəhəri Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron rayon Təhsil Şöbəsinin birgə hazırladıqları "İslam Həmrəyliyi İli" ilə əlaqədar Abşeron rayon məktəbləri arasında "Nağılları yaşadaq" adlı nağıl müsabiqəsinin final mərhələsini keçirəcək. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Misir dövlətlərinin nağılları təqdim olunacaq.
Tədbiri keçirməkdə məqsəd İslam dövlətlərinin mədəniyyət, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, zəka və intellektualı yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirməkdir.
Bununla yanaşı Mərkəzin foyesində İslam ölkələrinin nağıllarından bəhs edən kitab və əl işlərindən ibarət sərgisi təşkil olunacaq.