Salman Qəmbərov “Jazz meets world” adlı konsertdə

Tanınmış caz ifaçısı, əməkdar artist Salman Qəmbərov Almaniyanın Köln və Darmştadt şəhərlərində təşkil edilən “Jazz meets world” adlı konsertdə çıxış edib. “Eorasiyans Unity” ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini də səsləndirib. Bu barədə məlumat verən əməkdar artist bildirib ki,  “Konsertdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan olmaqla 7 nəfər musiqiçi iştirak edib. Ölkəmizi isə iki gün davam edən konsertdə mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin “RBB” radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq”.

Tanınmış caz ifaçısı, əməkdar artist Salman Qəmbərov Almaniyanın Köln və Darmştadt şəhərlərində təşkil edilən "Jazz meets world" adlı konsertdə çıxış edib. "Eorasiyans Unity" ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini də səsləndirib.
Bu barədə məlumat verən əməkdar artist bildirib ki,  "Konsertdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan olmaqla 7 nəfər musiqiçi iştirak edib. Ölkəmizi isə iki gün davam edən konsertdə mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin "RBB" radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq".
Əməkdar artist əlavə edib ki, Almaniyanın məşhur saksofon ifaçısı Coroline Thonun təşəbbüsü ilə baş tutan konsertdə özbək müğənnisi Feruza Okilova tərəfindən görkəmli bəstəkarımız Fikrət Əmirovun "Göygöl" mahnısı da ifa edilib.
Bundan başqa Respublika Günü münasibətilə  Salman Qəmbərov Belçikanın paytaxtı Brüsseldə də konsert  proqramı ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31