Mədəniyyət
Tanınmış aktrisa Pərvin Abıyevanı BİABIR etdi: “Qardaş" deyə-deyə 1000 manata…” - QALMAQAL
“Maşın şou”da səs-küylü görüntüləri ilə sosial şəbəkəni bir-birinə vuran Pərvin Abıyava xanım həmkarları tərəfindən də topa tutulub. Türkiyədə yaşayan aktrisamız Tunay Əliyeva açıqlama verərək, Pərvinlə bağlı od püskürüb: “Maşın şou”da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü.
Müşfiq “Yenə o bağ olaydı” şeirini dostunun bacısına yazmışdı -ARAŞDIRMA
Bu gün Mikayıl Müşfiqin doğum günüdür. 109 yaşı tamam olur. Bu münasibətlə Ağa Cəfərlinin “Yenə o bağ olaydı...” yazısını təqdim edirik. “Yenə o bağ olaydı”... Möhtəşəm şeir, ən gözəl sevgi nəğməsi... Hisslərin ən səmimi, saf etirafı, dillərdən düşməyən poema...
Firəngiz Əlizadənin yubileyi Muğam Mərkəzində
Muğam Mərkəzində dünya şöhrətli bəstəkar, görkəmli musiqi ictimai xadim, respublikanın Xalq artisti, UNESCO nun “Sülh artisti”, AMEA nın müxbir üzvi, İttifaqının sədri ”Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin yubileyinə hərs olunmuş musiqi festifalı çərçivəsində kamera konserti keçirildi. Konsertdə F.Əlizadənin əsərləri səsləndi. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbirdə tanınmış elm və Mədəniyyət xadimləri, ictimayətin nümayəndələri iştirak edirdilər. Tədbirdə “Aşıq havası”(Solo piano və elektron səs yazısı üçün), Piano üçün sonata (Alban Berqə həsr olunub), “İmpuls”, “Crossing-I”, (Çarpazlaşma I) ”İn Search”(Axtarışda), “From Yapanes Poetrie” (Yapon poeziyasından), “Atəş” əsərləri səslənib.
“Yuğ” Teatrında “Metamorfoza”
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –“Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunub. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış ediblər.
Emin Sabitoğlu yad edildi
Ötən gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təqdim edilib. Saraydan "Olaylar" - a bildirlib ki, konsertdə Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, “Sevil” qrupu və başqaları çıxış edib.
İlham Əliyev Abdulrəhim Hacıyevlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Abdulrəhim Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Yusif Vəliyev xatırlandı
Yusif Vəliyev xatırlandı Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teartdan “Olaylar” – a bildirilib ki, teatrın yaradıcı heyəti və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov mərhum aktyorun məzarını ziyarət ediblər. Daha sonra teatrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib. Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub. İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.
Xalq Artisti Firəngiz Əlizadənin yubileyi qeyd olunub
İyunun 2-dən 5-dək Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcəck. İyunun 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir -F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub. İttifaqdan “Olaylar” – a bildirlib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
ADMİU SABAH qrupu tələbələrinin ifasında “Pygmalion”
Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələrin iştirakı ilə B.Shawın “Pygmalion” adlı tamaşa təqdim edilib. Universitetdən "Olaylar" - a bildirlib ki, tamaşa ilk dəfə ingilis dilində II, III kurs Aktyor və Rejissor sənəti ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş olunub. Əsərin hazırlanmasında tələbələr ilə Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, dosent Ofeliya Zeynalova, Əməkdar artist Nofəl Vəliyev, Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və müəllim Mahirə Hacıyeva məşğul olub.
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılışı
İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub. Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Azərbaycanın media sahəsində yeni və innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb. Bu qurumun inzibati binasının istifadəyə verilməsi ilə Bakı Media Mərkəzi fəaliyyətini daha da genişləndirəcək və təkmilləşdirəcək.
Serbiyada “Əvəzolunmayan dəyərlər” sərgisi
Azərbaycan və Serbiya Respublikaları arasında ictimai-siyasi əlaqələri olduğu kimi mədəniyyət sahəsində də geniş işbirliyi var. Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş illik əməkdaşlıq memorandum imzalanıb. Muzeydən “Olaylar” – a bildirlib ki, bu memoranduma əsasən 2016-cı ilin oktyabr ayında Azərbaycan Xalça Muzeyində Belqrad Etnoqrafiya Muzeyinin ecazkar Pirot kilimlərindən sərgi keçirilib. Əməkdaşlığın davamı olaraq, iyunun 1 – də Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərginin açılış mərasimi keçirildi.
Muzeydə “Hərb tariximizi öyrənək!”
21-23 iyun tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı sərgi Tarixi Muzeyi ilə AR Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birlikdə təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirlib ki, sərginin məqsədləri Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq və hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri geniş ictimaiyyət, ilk növbədə gənclərlə tanış etməkdir.
Azərbaycanlı məşhurlar Alanya Beynəlxalq Film Festivalında
Azərbaycan dörd tammetrajlı bədii film ilə Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında iştirak edib. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, bu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan Şamil Əliyevin “Çölçü”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq”, İlqar Safatın “İçəri Şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləridir. Festivalda iştirak edən fəxri qonaq, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Mehriban Zəki (“İçəri Şəhər” filmi), Gülzar Qurbanova (“Qırmızı bağ” filmi), Bəhruz Vaqifoğlu (“Çölçü” filmi), Əməkdar İncəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.
Türkiyədə ərdə olan müğənnimiz: "Nikahımız kağız üzərindədir, sevgi bitib"
Türk vətəndaşı ilə ailə qurub, uzun illər Türkiyədə yaşayan, 7 ildir ki, Azərbaycana dönən müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb. Müğənni həyat yoldaşından ayrılıb, Azərbaycana gəlməsinin səbəbini uzun illərdən sonra ilk dəfə olaraq açıqlayıb: "7 ildir ki, Azərbaycana gəlmişəm, burda fəaliyyət göstərirəm. Azərbaycana gəlməyimin səbəbkarı həyat yoldaşım olub. Ərimin Türkiyədə biznesi vardı, iflasa uğradı, hər şey əlimizdən çıxdı. Bunun da günahkarı özü oldu. Dəfələrlə ona dedim ki, ortaqlarından ayrıl, biznesin təhlükədədir. O, məni dinləmədi, avtomobilləri, evləri əlindən çıxdı. Çox çətin günlər yaşadıq, onun bu hərəkəti məni qəzəbləndirdi, küsdüm və yığışıb Azərbaycana gəldim. Oğlum o zaman orta məktəbdə oxuduğu üçün atası ilə qaldı. İndi də universitetdə təhsil aldığı üçün yanıma yalnız qonaq kimi gəlib-gedir".
Musiqili Teatrın Lənkəran səfəri
Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.





.jpg)








.jpg)