Mədəniyyət

Pərvin Abıyeva: "İstənilən oğlana özümə bacı dedirdə biləcək qızam"

7 İyun 2017 13:02

"Çoxları elə bilir ki, depressiyadayam, amma yanılırlar. Mən tez sağalan, tez düzələn insanam. "Maşın" şouda xoşagəlməz şeylər oldu. İstəyərdim ki, həqiqətlər üzə çıxsın. Yəqin, başları qarışıqdır. Ümid edirəm ki, həqiqətən aşkarlanacaq. Mənə qarşı haqsızlıq oldu. Hər kəs məni günahkar bilir. Əslində, qarşı tərəf günahkardır".

Yuğ  Teatrında premyera: “Səsimi unutma”

7 İyun 2017 12:10

İyun 8 – də Yuğ Dövlət Teatrında Kamal Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşasının premyerası keçiriləcək. Teatrdan “Olaylar” – a bildirlib ki, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerifdir. Janrı bir bölümlü yuğlama kimi təyin olunan tamaşanın geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımova məxsusdur.

Ədəbiyyat İnstitutunda görüş

7 İyun 2017 10:08

 AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) nümayəndələri ilə görüş keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki qurum arasında əməkdaşlıq haqqında imzalanmış müqaviləni xatırladıb. Qeyd edib ki, sözügedən müqavilə iki ölkənin ədəbi mühitinin ictimaiyyətə tanıdılması baxımından önəmlidir. Akademik müqavilə çərçivəsində birgə konfransların keçirilməsinin, məqalə və kitab nəşrinin vacibliyini vurğulayıb.

Zəfər Nemətov anıldı

7 İyun 2017 09:35

Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. Akademik Milli Dram Teatrının  mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak edib. Zəfər Nemətovun oğlu, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zəfər Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.

Türkiyənin məşhur caz qrupu ilk dəfə Bakı səhnəsində

6 İyun 2017 17:16

Türkiyənin məşhur caz qrupu - “Önder Focan ve Şalliel Bros” Bakıda konsert verəcək. İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində “Premier LTD”nin təşkilatçılığı ilə caz layihəsi təqdim olunacaq. Tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutacaq.

Firəngiz Əlizadə Rusiyanın  “Kultura” kanalında

6 İyun 2017 15:54

İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayimlanacaq  “Eniqma” verilişi dünya şöhrətli bəstəkar,  Azərbaycan Bəstəkarlar Ittifaqinini sədri, Xalq artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və  “Şərəf” ordenli,UNESCO-nun “Sülh naminə artist”- i  Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub.

“Vulqar ifadələr var” - MTRŞ-dan “Maşın şou" açıqlaması

6 İyun 2017 12:20

“Maşın” realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə gündəmi zəbt edib.  İştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tez müzakirələrə səbəb olub. Onlar tanınmışların vulqar danışmasını, əsəblərini cilovlaya bilmədiklərini xüsusi qeyd edərək ulduzları tənqid atəşinə tutublar.

Roza Zərgərli "əri"ni aldadır? - ŞOK TƏFƏRRÜAT

6 İyun 2017 12:17

Müğənni Roza Zərgərli tez-tez verdiyi açıqlamaları ilə gündəmə gəlir. Maraqlıdır ki, müğənni xanım hər dəfə həyat yoldaşından bəhs etsə də, onun kimliyini mətbuatdan gizli saxlayır.

Əməkdar rəssam Rais Rəsulzadənin fərdi sərgisi açılıb

6 İyun 2017 12:15

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rais Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb. Millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Rəssamlar İttifaqının nümayəndələrinin iştirakı etdiyi sərgidə rəssamın “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri yer alıb.

"Simalarda və ayinlərdə pravoslavlıq ruhu”

6 İyun 2017 10:08

İyunun 13 - də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Simalarda və ayinlərdə pravoslavlıq ruhu” adlı sərgi təşkil olunacaq. Azərbaycan Fotoqrafları Birliyindən "Olaylar" - a bildirlib ki,  layihə iki fotoqraf, keşiş Dionisiy Sveçnikov və Xaliq Əliyevin birgə layihəsidi.

ADMİU-da Xalq çalğı alətləri ifaçılığı ansamblının konserti

5 İyun 2017 17:02

Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrindən ibarət ansamblın konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı ixtisasında təhsil alan II kurs tələbəsi Cavid Məmmədzadənin bədii rəhbərliyi ilə keçirilən konsertdə Solo oxu ixtisasının I kurs tələbələri Sevinc Abidinova F.Qaraxanqızının “Röyamdasan”, Fidan Rəhimova Ə.Məmmədovun “Vətən yaxşıdır”,II kurs tələbəsi Çinarə Alıyeva “Simayi-Şəms” və III kurs tələbəsi Fərhad Ramazanov “Kəsmə şikəstə” zərbi muğamını ifa ediblər.

Muğam Mərkəzində VII Şairllər Günü keçirilib

5 İyun 2017 16:32

Muğam Mərkəzində VII Şairllər Günü xalq şairiMəmməd Arazın xatirəsinə həsr olunub. Mərkəzdən “Olaylar” – a bildirlib ki, mərasim  Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə baş tutub. 

Muğam Mərkəzində “Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası”

5 İyun 2017 16:31

Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında “ Hüseyn Cavid yaradıcılığında musiqi dünyası “ adlı musiqili-ədəbi gecə keçirilib. Mərkəzdən “Olaylar” –a bildirilib ki, tədbirin aparıcısı, bədii qiraətçi, əməkdar artist, dosent Azad Şükürov H.Cavid yaradıcılıgından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışdı.

Tacikistan nümayəndələri ADMİU-da

5 İyun 2017 16:22

Mədəniyyət və İncəsənət Universitetində Tacikistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.Universitetdən “Olaylar” – a bildirlib ki, görüşdə Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva, Rəssamlıq fakültəsinin dekanı Afət Aslanova Dizayn və dekorativ-tətbiqi sənət kafedrasında tədris olunan Xalçaçı rəssam və Qobelen üzrə rəssam ixtisasları haqqında ətraflı məlumat verib.

Gənc Tamaşaçılar teatrı səfərlərdə

5 İyun 2017 15:28

 89-cu teatr mövsümünü sonuna doğru  Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür. Kollektiv  11-17 iyun tarixlərində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə hər il ənənəvi olaraq Astana şəhərində keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün dəvət alıb.