Mədəniyyət

Habil Əliyev Muğam Mərkəzində anıldı

31 May 2017 15:45

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi,məşhur kamança ustası,xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx numayiş olundu. Mərkəzdən “Olaylar” – a bildirilib ki, ilk olaraq səhnəyə gecənin aparıcısı Azərbaycanın Əməkdar İncəsənət xadimi,sənətşunaslıq doktoru,professor İlham Rəhimli çıxaraq sənətkarın ömür yolundan,Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb.

Musiqili Teatrda Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31 May 2017 15:17

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqili Teatrda qeyd olunacaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 67 ildir ki, bütün dünyada qeyd olunan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Musiqili Teatrda konsert proqramı təşkil olunacaq. UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvü olan Bakı Avropa Liseyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə lisey şagirdlərinin ifasında dünyanın bir sıra xalqlarının rəqsləri nümayiş olunacaq.

Şükufə Yusupova ad gününü Musiqili Teatrda qeyd etdi

31 May 2017 14:56

Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Şükufə xanım Yusupovanın doğum günü Musiqi Teatrda qeyd olunub. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, Şükufə xanım Yusupova doğum gününü uzun illərdir ki, əməkdaşlıq etdiyi Musiqili Teatrın səhnəsində qeyd edib. Sevilən aktrisa ötən gün Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində onu sevənlərin qarşısına çıxıb. Balet-tamaşa həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Xoreoqrafiya Akademiyası “Yeddi gözəl” baletini təqdim etdi

31 May 2017 10:02

 Akademik Opera və Balet Teatrının səhnəsində  Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdildi. Akademiyadan “Olaylar” – a bildirlib ki, tələbələrinin buraxılış-hesabat tamaşası olan “Yeddi gözəl” baleti həm də Bakı Xoreoqrafiya Akademiyasının “Azərbaycan Respublikasında İslam Həmrəyliyi ili”nə həsr olunmuş növbəti layihələrindən biridir. Baş rolların ifaçıları Bakı Xoreoqrafiya Akademiyasının tələbələri - Fatimə Xələfova və Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatları Seymur Qədiyev, Dinara Şirinova və Nurlan Rəsulov idi.

“Mədəniyyət: Problemlər və Perspektivlər” mövzusunda XI beynəlxalq

31 May 2017 09:58

Mədəniyyət və İncəsənət Universitetində "2017-ci il İslam Həmrəyliyi ili"nə həsr olunmuş "Mədəniyyət: Problemlər və Perspektivlər" mövzusunda dokto rant və gənc tədqiqatçıların XI beynəlxalq konfransı keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki, konfransda Universitetin Elm və yaradıcılıq işləri prorektor, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva və filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbanov çıxışında iştirakçılara müvəffəqiyyətlər arzulayıb.

İyun ayı Filarmoniyada

30 May 2017 19:10

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin Avropa premyerası keçirilib

30 May 2017 18:43

Parisdə “Musée de l’Armée” Ordu Muzeyində II Dünya Müharibəsinin başa çatması ilə əlaqədar anım tədbirlərinin bir hissəsi olaraq “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Avropa premyerası keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycanın Fransadakı Səfirliyi və “Evropa Film Akt” (EFA) təşkilatının dəstəyi ilə keçirilib. Cəmiyyətdən “Olaylar” – a bildirlib ki, rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir.

Muzeyə qiymətli töhfə hədiyyə olunub

30 May 2017 17:00

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycanda multikulturalizm dəyərlərinə həsr olunmuş qiymətli kitab hədiyyə edilib. Muzeydən “Olaylar” – a bildirlib ki, Multikulturalizm Mərkəzinin “Analitika” şöbəsinin müdiri, Dr. Rəşad İlyasov tərəfindən Muzeyə “Литературно-художественные истоки Азербайджанского мультикультурализма” (“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”) adlı kitab  təqdim edilib.

Muzeydə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar

30 May 2017 16:50

Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tarixi Muzeyində bu mövzuda silsilə tədbirlər keçirilir. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbirlər planı ilə əlaqədar bu gün muzeydə Bilik Fondunun dəstəyi ilə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar keçirilib. Seminarda H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar elmlər liseyinin yuxarı sinif şagirdləri, Muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar” klubunun və dini icmaların üzvləri, muzey əməkdaşları və b. iştirak ediblər.

Firəngiz Əlizadənin 70 illik yubileyi qeyd ediləcək

30 May 2017 16:31

İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı Firəngiz Əlizadənin 70 yaşı tamam olması münasibətilə yubiley gecəsi keçiriləcək.

Tarix Muzeyi hərb tarixi ilə məşğul olanları əməkdaşlığa dəvət edir

30 May 2017 15:56

İyunun 21 – 23  tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan hərb tarixinə həsr olunan kitabların “Hərb tariximizi öyrənək!” adlı sərgi keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, sərginin keçirilməsində məqsəd Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq, hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri ictimaiyyətlə, ilk növbədə gənclərlə tanış etmək.

“Nar bağı” Karlovy Vary Beynəlxalq Film Festivalında

30 May 2017 15:37

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Karlovy Vary Beynəlxalq Film Festivalına dəvət alıb. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək. “Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq. Festival 30 iyun-8 iyul tarixlərində Çexiyada baş tutacaq. 

ADMİU-da kamera ansamblının konserti

30 May 2017 15:29

 Mədəniyyət və İncəsənət Universitetinin Vernisaj zalında İnstrumental ifaçılıq kafedrasının müəllimi Süleyman Babakişizadənin rəhbərliyi ilə Respublika gününə həsr olunmuş sinif konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, musiqi sənəti fakültəsinin və Milli Konservatoriyası nəzdində A.Zeynallı adına musiqi kollecinin tələbələrindən ibarət kamera ansamblı V.A.Motsartın Divertisment D major – I hissə (simli kvartet), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”, İ.S.Baxın İki violin üçün konsert D minor I hissə, T.Albinoninin Simfoniya G major I hissə, S.Hacıbəyovun Skertso, A.Zeynallının “Muğamsayağı”, F.Verçaninin “Largo” və A.Dadaşovun Konsertino III hissə əsərlərini ifa ediblər.