Mədəniyyət
Azərbaycanlı məşhurlar Alanya Beynəlxalq Film Festivalında
Azərbaycan dörd tammetrajlı bədii film ilə Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında iştirak edib. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, bu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan Şamil Əliyevin “Çölçü”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq”, İlqar Safatın “İçəri Şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləridir. Festivalda iştirak edən fəxri qonaq, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Mehriban Zəki (“İçəri Şəhər” filmi), Gülzar Qurbanova (“Qırmızı bağ” filmi), Bəhruz Vaqifoğlu (“Çölçü” filmi), Əməkdar İncəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.
Türkiyədə ərdə olan müğənnimiz: "Nikahımız kağız üzərindədir, sevgi bitib"
Türk vətəndaşı ilə ailə qurub, uzun illər Türkiyədə yaşayan, 7 ildir ki, Azərbaycana dönən müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb. Müğənni həyat yoldaşından ayrılıb, Azərbaycana gəlməsinin səbəbini uzun illərdən sonra ilk dəfə olaraq açıqlayıb: "7 ildir ki, Azərbaycana gəlmişəm, burda fəaliyyət göstərirəm. Azərbaycana gəlməyimin səbəbkarı həyat yoldaşım olub. Ərimin Türkiyədə biznesi vardı, iflasa uğradı, hər şey əlimizdən çıxdı. Bunun da günahkarı özü oldu. Dəfələrlə ona dedim ki, ortaqlarından ayrıl, biznesin təhlükədədir. O, məni dinləmədi, avtomobilləri, evləri əlindən çıxdı. Çox çətin günlər yaşadıq, onun bu hərəkəti məni qəzəbləndirdi, küsdüm və yığışıb Azərbaycana gəldim. Oğlum o zaman orta məktəbdə oxuduğu üçün atası ilə qaldı. İndi də universitetdə təhsil aldığı üçün yanıma yalnız qonaq kimi gəlib-gedir".
Musiqili Teatrın Lənkəran səfəri
Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.
Uşaq Filarmoniyası Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsertdə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1 iyun uşaqların müdafiyəsi gününə həsr olunmuş konsert tədbiri keçirilib. Tədbirin əsas iştirakçısı bədii rəhbər və dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrı oldu. Tədbirdə çıxış edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Elmira Pənahovaya uşaqların gələcəyimizdə rolundan, onların təhsili və tərbiyəsinin önəmindən söz açdı. Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yaranma tarıxındən, uşaqların həyatında olan rolundan, bu günümüzə qədər olan fəaliyyəti haqqında məlumat verdi.
Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdiniz?- SORĞU
“Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdiniz” sualı ilə yazarlarımıza, ədəbi tənqidçilərimizə müraciət etdik.
Park Cinema Amburan Beach Club-da yay mövsünü açdı
3 iyun tarixində Park Cinema Amburan Beach Club-da yay mövsümünə start verir.Park Cinema Amburan Beach Club – dan “Olaylar” – a bildirlib ki, kinoteatrın repertuarına yeni xarici filimlərlə yanaşı yerli filimlər də əlavə oluncaq. Gələn həftə boyunca isə məhz bu filmlər nümayiş etdiriləcək :“Ecazkar qadın”, “Malubi xilaskarları” və Azərbaycanın ilk uşaq komediyası “Samedik”. Seanslar 20:00-dan etibarən başlayacaq.
Şərif Ağayar yarmarkada kitab imzalayacaq
İyunun 3-ü saat 15-də yazıçı Şərif Ağayar “Qanun” nəşriyyatının “Elmlər Akademiyasının bağı”nda təşkil etdiyi kitab yarmarkasında iştirak edəcək. Yazıçı yarmarkada oxucuları ilə görüşəcək və yeni çıxan “Arzulardan sonrakı şəhər” romanını imzalayacaq.
Xalça Muzeyində uşaqlar günü
“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Xalça Muzeyində də qeyd olunub. Muzeydən “Olaylar” – a bildirlib ki, hər il olduğu kimi muzey bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib. Muzeyin qarşısında onların böyük sevincinə səbəb olan “Sabahın ulduzları” adlı bayram tədbiri keçirilib. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunacaq bayramda muzeyin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Sabahın ulduzları” rəsm sərgisi nümayiş olundu, həmçinin “Sən istedadsan” layihəsinin iştirakçısı olan Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdi.
Musiqili fidanlar
İyunun 1 – də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Musiqili fidanlar”adlı tədbir-konsert keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açıb. Sonra R.Babayev adına 25 №-li 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxış edib. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.
Musiqili Teatrın iyun REPERTUARI
Azərbaycan Dövlət Musiqili Teatrı 107-cı teatr mövsümü 2017-ci il iyun ayı üçün repertuar planı 02.02 C. Barrinin, Qrimm qardaşları “Bremen musiqiçiləri və Pen” 12.00 02.02 C. Barrinin, Qrimm qardaşları “Bremen musiqiçiləri və Pen” 15.00 02.06 F. Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19-00 03.06 Elçin “Baladadaşın toy hamamı” 19-00
Beynəlxalq Uşaq Günü Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə ilə qeyd olunub...
Gənc tamaşaçılar Teatrı teatr-məktəb əlaqələrinin möhkəmlənməsi istiqamətində fəal işlər görərək, daha bir layihəyə imza atıb. Belə ki, 1 İyun – Beynəlxalq Uşaq Günü münasibətilə teatrda yeni tamaşa hazırlanıb. Hazırlanan tamaşanın özəlliyi ondan ibarət olub ki, səhnədə teatrın gənc və peşəkar aktyorları yanaşı, məktəb şagirdləri də öz məharətlərini göstərmək imkanı əldə ediblər. Gənc Tamaşaçılar Teatrı və 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında nümayiş olunan yeni tamaşa Azərbaycan Xalq nağılı “Məlikməmməd” əsasında hazırlanıb.
Muğam Mərkəzində Almas Yıldırımın yaradıcılıgına həsr olunmuş tədbir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas Yıldırım özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Altı il sürgün həyatı yaşayan Almas Yıldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.
"Mənim adım Azər"- Yeni milli film gəlir!
Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda üç film (“BOZQURDUN İNTİQAMI”, DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”) çəkmiş gənc istedadlı Yazar və Rejissor Elşən İsmayılın özü qədər gənc istedadlı komandasının qonağı olduq.


.jpg)







.jpg)


.jpg)
