Mədəniyyət
Muğam Mərkəzində tarzən Əliağa Quliyevin 100 illik yubileyi
Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti Əliağa Quliyevin anadan olmasının 100 illik yubileyi keçirildi. Mərkəzdən "Olaylar" - a bildirlir ki, ilk olaraq səhnəyə tədbirin aparcısı Fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışdı. Daha sonra tarzənin həyatını əks etdirən vidioçarxla sənətkarın uşaqlıq illərindən, musiqidə ilk addımlarından əldə etdiyi naliyyətlərindən, həmçinin müharibə illərində vətən üçün göstərdiyi şücaətdən danışıldı.Tədbirdə o cümlədən vidioçarx vasitəsilə sənətkarın öz möhtəşəm ifaları nümayiş edildi.
Muzeydə "İstiqlalın beşiyi" sənədli filminin nümayiş olundu
Tarixi Muzeyinin “Tarixə səyahət” kinoklubunda növbəti filmin nümayişi keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, kinoklubda 28 may - müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş iki hissəsli “Mücadilə” filminin birinci hissəsi nümayiş etdirilib. Filmin nümayişində “Mücadilə” filminin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğlu, filmin elmi məsləhətçisi t.ü.e.d., professor Elmira Muradəliyeva, AR Milli Arxiv idarəsinin nümayəndələri, Yaradıcı Qadınlar Assosiasiyasının üzvləri, Muzeyin “Gənc Muzeyşünaslar və Muzeysevərlər” klubunun üzvləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, Xəzər Universitetinin tələbələri, 39 nömrəli tam orta məktəbin şagirdləri və KİV nümayəndələri iştirak ediblər.
Arzulardan sonra heç nə - İradə Musayeva yazır...
Tənqidçi İradə Musayevanın yazıçı Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı haqda yazdığı "Arzularan sonra heç nə" məqaləsini təqdim edir. Şərif Ağayarın yeni romanını oxumağa başlayanda ilk diqqətimi çəkən onun fərqli, bu günə qədərki bütün "ədəbi nənə"lərdən seçilən donqarburun, əyriayaq, bir az da qozbel, amma yumşaq, isti əlləri ilə məhrəmlik duyğuları yaradan nənə obrazı oldu. Nəsrimizdə az qala 1 əsrlik yaşı olan ipəksaçlı, nurani, dili bayatılı, ağıllı nağıl nənələrinə bənzər qocalara meydan oxuyan bu qadını yaxından tanımaq marağı romanın digər qəhrəmanları və hadisələri haqqındakı təsvirləri oxumaq istəyini belə üstələdi. "Kaş yaxından görəsiniz nənəmi. Boyu balacadır. Cəmi 154 santimetr. Bir qarış boyuna rəğmən yerə-göyə sığmayan hikkəsinə görə ona ürəyimdə Miss 154 deyirəm. Dişlərinin çoxu tökülüb.
Mariya Zaxarova: “Bakı məni heyran etdi”
"Mehriban Əliyevanın fəaliyyətini heyranlıqla izləyirəm". Bunu Moskvada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99 illiyi ilə əlaqədar verilən ziyafətdə bildirib. Onun sözlərinə görə, müasir Bakı onu heyrətləndirib.
Muğam Mərkəzində “Luiziana Caz Ansamblı”nın konserti
Muğam Mərkəzinin səhnəsində Yeni Orlean cazı səsləndi. Mərkəzdən "Olaylar" - a bildirlib ki, ADA Universitetinin dəvəti ilə Amerikanın Luiziana ştatından Bakıya qastrol səfərinə gələn "Luiziana Caz Ansamblı" ötən əsrin ilk 20 illiyində yaranmış musiqi janrının unudulmaz musiqilərini ifa etdi. Gecə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, Lider televiziyasının informasiya dəstəyi ilə keçirildi. "Luiziana Caz Ansamblı"nın yaradıcısı, Con Hopkins Universitetinin professoru, ADA Universitetinin fəxri doktoru Frederik Stardır. 1980-cı ildə Tuleyna kollecində çalışarkən Star caz ansamblı yaratdı və özü də bu ansamblda klarnetdə ifa edirdi. Ansamblın repertuarını 1930-cu illərin klassik Yeni Orlean cazı təşkil edirdi. Ansambl Amerika və Avropa qitələrində çox məşhurdur.
6 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti
Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anandan olmasının 94-cü ildönümünə həsr olunmuş yekun hesabat konsertini təqdim edib.
Mərdəkanda Uşaqların beynəlxalq müdafiəsi günü
Rəqqasə Fatimə Fətəliyeva “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibəti ilə Mərdəkan mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Olaylar.az-a açıqlama verən ifaçı bildirib ki, uşaqlar evinin sakinlərinə həsr olunan konsertdə onunla yanaşı “Banu rəqs məktəbi”nin tələbələri də çıxış edib: “Hamı bilir ki, mən necə həssas bir insanam.
ADMİU- da “Yaz səhəri”
Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin tələbəsinin “Yaz səhəri” adlı konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, instrumental ifaçılıq kafedrasının II kurs tələbəsi Elnarə Məmmədovanın müşayiəti ilə Soltan Hacıbəyov adına musiqi kollecinin tələbələrinin ifasında H.Rzayevin “Cahargah rapsodiyası”, M.Əhmədovanın “Ana”, V.Adıgözəlovun “Laylay”, T.Quliyevin “Qaytağı”, “Sevgilim,” “Zibeydə”, F.Əmirovun “Oxatanların rəqsi”, C.Allahverdiyevin “Əbədi sevgi”, “Necə unudum”, “Sevəcəm”, “Zəfər himni”, S.Əliyevanın “Ana”, F.Sucəddinovun “Vətən haqqında ballada” və E.İbrahimovanın “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox” əsərləri səslənib.
“Yaşa Azərbaycan” festivalı
Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş “Yaşa Azərbaycan” adlı festival baş tutub. Festival çərçivəsində “ASAN Könüllüləri” Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Xidmətdən “Olaylar” – a bildirlib ki, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.
İstedadlı gənc aşıqlar seçilib
Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsinə yekun vurulub. “Olaylar” – ın məlumatına görə mayının 20-dən 25-dək davam edən müsabiqə Gədəbəy, Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edib. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçilib. Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihənin rəhbəri əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməzdir. Iştirakçıları Aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət münsiflər heyəti seçib.
Kukla teatrında “Şahın xudpəsənd oğlu”
İyun 1 - də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abdulla Şaiq adına Kukla teatrında tamaşa-konsert təqdim olunacaq. Teatrdan "Olaylar" - a bildirlib ki, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının əvvəlcə repertuarlarında yer alan maraqlı səhnə işlərindən olan "Şahın xudpəsənd oğlu" tamaşasını nümayiş etdirəcək və ardında musiqi çələngini təqdim edəcəklər.
Respublika günü “Oyuq” – çular çıxış edəcək
Mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq. 28 May - Respublika Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında maraqlı layihə reallaşacaq. Teatrdan "Olaylar" - a bildirlib ki, bayram günü teatrla Dənizkənarı Bulvar İdarəsi birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaqlar. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
Velosipedin dözülməz yoxsulluğu - Şərif Ağayar
ADMİU-da konserti
ədəniyyət və İncəsənət Universitetində Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin və Rafig's Jazz Group-un iştrakı ilə “Retro Jazz” adlı konsert keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, konsertdə musiqi məktəbinin şagirdləri R.Babayevin “2 prelüd”, V.Mustafazadənin “Mart”, M.Dvorjak “Etüd № 2”, D.Kramer “Petersona ithaf”, H.Lang “It’s oh so quiet”, H.Mancini “Moon river”, “The man I love”, G.Miller “In the mood” və G.Gershwin “Promenade” (“İtlə gəzinti”), II prelüd (“Caz laylası”), “Üç prelüd” I prelüd, III prelüd (“İspansayağı”), “Summertime”, “The man I love” retro jazz nümunələrini ifa ediblər.
Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq
Bir neçə il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu layihə ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Yazıçılar Birliyindən “Olaylar” – a bildirlib ki, 5 iyun böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak edəcəklər..




.jpg)

.jpg)
.jpg)





