Mədəniyyət

Günaydan İradə İbrahimovaya AĞIR SÖZLƏR: “Ərin və uşaqların...”

4 Dekabr 2017 12:10

Müğənni Günay İbrahimli “ATV maqazin onlarla” verilişində İradə İbrahimovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu barədə instaqram hesabında yazıb: “İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin! Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, bundan kimisə “vurmaq” üçün alət etməyin!

Məleykə Əsədova geri addım atmadı — "Ramiz Məliki bağışlasam..."

4 Dekabr 2017 11:59

“Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur”.

İradə İbrahimovadan Günay İbrahimliyə SƏRT SÖZLƏR, Röyaya MƏSLƏHƏT - VİDEO

4 Dekabr 2017 11:45

Bu həftə “ATV maqazin onlarla” proqramında onluğu müğənni İradə İbrahimova təyin edib. Alovlu nitqi ilə yaddaqalan İbrahimova ilk olaraq Rəhim Rəhimlinin mahnılarını bəyənmədiyini söyləyib: “Mən bunu mahnı kimi görmürəm, bəlkə rep ola bilərdi. Rəhimin səhnədəki görüntüsünü sevirəm, repertuarını, seçdiyi mahnıları heç vaxt bəyənməmişəm. Rəhim zamanında Bakıya gələndə məndən bir mahnımın “minus”unu istəyib yalnız şou proqramlarda oxuyacağını dedi, amma çıxıb efirdə oxudu. Kaş ki, halallıq alsaydı. Düzdür, mən ona halallıq verirəm. Amma yenə də xəbər etməli idi”.

Anar Nağılbazın görüntülərini yayanlar cəzalandırılacaq

4 Dekabr 2017 11:10

Məşhur reper Anar Nağılbazın şəxsi həyatına aid məlumatların yayılması ciddi müzakirə mövzularından birinə çevrilib. Reper mətbuat konfransı keçirib və həmin görüntülərin montaj işi olduğunu deyib. Videoların yayılmasında konkret şəxsləri ittiham edib, ona böhtan atıldığını dilə gətirib.

Qızıldan muncuq düzümü - Ən qədim eksponat

4 Dekabr 2017 11:01

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı mühafizə olunur. Bu qızıldan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb. Olaylar.az bildirir ki,  qızıldan olan muncuq düzümü arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunub.

Səkinə İsmayılova Sufi və Mistik Musiqi Festivalında

4 Dekabr 2017 10:59

Artıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində  keçirilən “Ruhiyyət” adlı Sufi və Mistik Musiqi Festivalında Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur. Olaylar.az bildirir ki, Azərbaycanı bu il festivalda Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının professoru, Xalq artisti Səkinə İsmayılova, konsertmeyster Ramin Rzayev, Əməkdar artist Fəridə Məlikova və Ruhulla Dadaşov təmsil ediblər. Festivalın açılışında iştirak edən sənətkarlar Mahur-hindi və Bayatı-Şiraz muğamını, eləcə də təsnif və xalq mahnısını səsləndiriblər.

Natavan Həbibi həyat yoldaşından AYRILIR?

4 Dekabr 2017 10:52

Prodüsser Tolik sosial şəbəkədən paylaşdığı status hər kəsi heyrətləndirib. Olaylar.az bildirir ki, prodüsser paylaşımında yaxın aylarda reper Səid Əliyevlə (Dado) ailə həyatı quran Natavan Həbibiyə bundan sonrakı həyatında hər şeyin yaxşı olacağını arzulayır. Olaylar.az prodüsserin paylaşımını olduğu kimi təqdim edir:

İlqar Rəsuldan yeni roman - "Getmə"

2 Dekabr 2017 21:20

Yazıçı və jurnalist İlqar Rəsulun "Getmə" romanı çap olunub. Müəllif Olaylar.az - a  bildirir ki, kitabın təqdimatı və imza günü olmayacaq. "Kimlərsə satış məntəqəsində olduğum anlara təsadüf edərlərsə, onlar üçün kitab imzalaya bilərəm.

Salam Sarvanın "Heykəl tənhalığı" satışda

2 Dekabr 2017 20:15

Tanınmış şair Salam Sarvanın yeni kıtabı çapdan çıxıb. Bu barədə şair özü məlumat verib. Şair kitabın ərsəyə gəlməsi ilə bağlı bunları bildirib: "Heykəl tənhalığı" şeirlər kitabı "Qanun" nəşriyyatının təşəbbüsüylə (Şahbaz bəyə təşəkkür) çapdan çıxdı. İndi satışdadır, ürəyi istəyənlər şəhərin bütün kitab dükanlarından ala bilərlər.

Tanınmış aktyor “Park Cinema”nı YIXIB-SÜRÜDÜ: “Torba tikək, çörəyə bais olaq”

2 Dekabr 2017 19:43

Son zamanlar “İkinci pərdə” filmindəki performansı ilə diqqətləri üzərinə çəkən aktyor Hikmət Rəhimov “Park Cinema”nı sərt tənqid edib. Buna səbəb kinotetarın “Kardeşim benim 2” filmində rol alan aktyor Kamran Ağabalayevə qala gecəsi üçün dəvətnamə yollamaması olub. O, həmkarını müdafiə edərək ona qarşı edilən hörmətsizliyi həzm edə bilmədiyini yazıb:

Teatr rejissoru Karin Çapmanın ustad dərsi keçirilir

2 Dekabr 2017 18:56

British Council Azerbaijan-ın təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçiriləcək. Olaylar.az bildirir ki,  Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır.

“Ümid” - neftçilərə həsr olunmuş ilk qısametrajlı film

2 Dekabr 2017 10:00

Nizami Kino Mərkəzində ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.

“Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə aparıldı

1 Dekabr 2017 23:45

Azərbaycan Dillər Universitetində  “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda tanınmış jurnalist və yazıçıların tələbələrlə diskussiyası keçirilib. Olaylar.az bildirir ki, diskussiyada ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, tanınmış jurnalist, publisist İlham Tumas, şair Qismət Rüstəmov, yazar Mirmehdi Ağaoğlu və Çinarə Ömray iştirak ediblər. Açılış nitqi ilə çıxış edən təşkilatçı Tural Cəfərli və Tural İsmayılov mövzu ilə əlaqədar qısa məlumat verib və qonaqları auditoriyaya təqdim edib.

“Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

1 Dekabr 2017 23:37

Azərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və “Türkologiya” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “Türkologiya” jurnalının fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın hamı üçün maraqlı olacağına ümidvar olduğunu bildirib. Baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında geniş məlumat verən K.Abdulla jurnalın ənənələrinin bu gün də davam etdirildiyini deyib. O, qeyd edib ki, “Türkologiya” jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verilən yeniliyi ölçən göstərici olan İMPAKT faktoru göstəricisinə malikdir. Bu da, öz növbəsində, jurnalın beynəlxalq aləmdə nüfüzunun göstəricisidir.