Mədəniyyət

BakuBus – dan tapılan qədim sikkələr Muzeyə təhvil verildi

5 Dekabr 2017 15:41

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus - dan tapılan qədim sikkələr təhvil verilib. Naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir. BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova Olaylar.az –a bildiriblər ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb. Müvafiq orqanlara bunula bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib.

Cavidan Novruz Ramiz Məliki təhqir etdi: “Sənin kimi o teatrda bir- iki çaqqal - çuqqallar var ki...”

5 Dekabr 2017 15:27

Xalq artisti Ramiz Novruzun oğlu müğənni, aktyor Cavidan Novruz instagram hesabından paylaşdığı statusunda xalq artisti Ramiz Məliki təhqir edib. Cavidan Novruz atası ilə Ramiz Məlik arasında 2015 – ci il avqustun 23 – də olan mübahisədən yazıb. Olaylar.az aktyor və müğənni Cavidan Novruzun Ramiz Məlik haqqında yazdıqlarını olduğu kimi təqdim edir:

"Adamın inanmağı gəlmir" - Natavan Manafa verdiyi sözü tutmadı

5 Dekabr 2017 14:17

Manaf Ağayev müğənni Natavanın toyunda cani-dildən iştirak etsə də, Natavan onun gözünü yolda qoyaraq xeyir işə qatılmayıb.  Manaf Ağayev Natavanı gözlədiyini, onu toyda görmədiyindən məyus olduğunu deiyb: "Natavanı çox istəiyrəm, toyunda da iştirak etmişəm.

Hadisə Röyanın "qarşısın kəsir"? - Röya heç vaxt Türkiyədə "star" olmayacaq

5 Dekabr 2017 13:51

Bu gün "Hər şey daxil" verilişində ekspert kimi çıxış edən prodüser Tolik maraqlı açıqlaması ilə diqqət çəkib. Verilişinin aparıcısının prodüserə ünvanladığı "Bu yaxınlarda qonşu kanallardan birində İradə İbrahimova söyləmişdi ki, "Röya heç vaxt Türkiyədə "star" olmayacaq. Onun əziyyətinə və puluna heyifim gəlir. Etməsin bunu!". Razısan bu fikirlə?" sualına Tolik səmimi etirafı ilə yadda qalıb:

Məşhur aşıq Azər Xanlaroğlundan acı – Xəbər

5 Dekabr 2017 12:18

İrandan müayinə və müalicədən qayıdan tanınmış aşıq Azər Xanlaroğlunun səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə tanınmış aşıq özü məlumat verib.

Akademik Tofiq Hacıyevin  “Seçilmiş əsərləri” çap olunub

5 Dekabr 2017 11:28

Azərbaycanın görkəmli dilçi-alimi, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub. Olaylar.az bildirir ki, “Elm” nəşriyyatında çap olunan kitabın redaktoru dosent Qızılgül Abdullayeva, rəyçiləri - professor Məhərrəm Məmmədli və Eldar Piriyev,  f.ü.e.d. Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.

“Sərçələr üçün poema” təqdim olunacaq

5 Dekabr 2017 10:39

Dekabrın 9 – da gənc yazar Həmid Piriyevin sayca ikinci kitabı olan “Sərçələr üçün poema” Bookzone kitab evində təqdim olunacaq. “Sərçələr üçün poema”da müəllifin müxtəlif vaxtlarda yazdığı yeddi hekayəsi toplanıb.

III-V əsrlər Qafqaz Albaniyasına aid parça qalıqları bərpa olundu

5 Dekabr 2017 09:30

Azərbaycan Xalça Muzeyində E. Qrabar adına Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin Dəri məmulatlarının və arxeoloji parçaların bərpası şöbəsinin müdiri Nataliya Sinitsına muzeyin direktoru Şirin Məlikovanın dəvəti ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilən parça qalıqlarını bərpa edib. Nataliya Sinitsınanın sözlərinə görə, bu, çox qiymətli tapıntıdır. “Bu parça qalıqları arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin,  mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir. Parça qalıqlarının struktur-texnoloji tərəflərinin öyrənilməsi həmin dövrün tarixinin tədqiqi baxımından çox əlverişlidir” – deyə dəri məmulatları və parçaların bərpası üzrə tanınmış rusiyalı bərpaçı-rəssam bildirir.

Anar Nağılbaz Hepatit C-yə yoluxub

4 Dekabr 2017 18:40

Ötən həftənin əvvəlləri yayılan pornogörüntüləri ilə ölkə gündəmində adı hallandırılan, daha sonra isə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılan repçi Anar Nağılbazda Hepatit C virusu aşkarlanıb. Bu barədə Yeni Müsavat məlumat yayıb. 

Natavan Həbibinin boşanmasının ƏSL SƏBƏBİ: SƏN DEMƏ, DADO...

4 Dekabr 2017 14:46

Bu gün müğənni Natavan Həbibinin boşanma xəbəri gündəmə bomba kimi düşüb. Bu xəbərin ardından müxtəlif iddialar səslənməyə başlayıb. Kimisi evliliyin saxta olduğunu, kimisi isə Natavanın pul yığmaq üçün bu hərəkəti etdiyini bildirib. Ortalıqda gəzən digər iddialardan birini də Natavanın yaxın ətrafı səsləndirir. Onların iddiasına görə, Natavanın boşanmasına səbəb repçi həyat yoldaşı Dadonun narkotik vasitələrdən istifadə etməsidir.

Günel əsəbiləşdi: “Artıq toyu soruşmayın”

4 Dekabr 2017 12:56

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova şəxsi həyatı ilə bağlı ünvanlanan suallara sərt cavab verib. Sənətçi bu cür söhbətlərdən yorulduğunu vurğulayıb: "Tənhalıq çox gözəldir. Əylənmək isə başqa bir gözəldir. Beynim rahatdır. İnamım sarsılmır. Layiq olmayanlara veriləcək dəyər qalmır. Sevgim, hörmətim mənimdir, var başqa deyəcəyiniz? Artıq "Toy nə vaxtdır" sualını verməyin. Bu işlər qismətdir. Allah nə vaxt məsləhət bilsə, onda olacaq".

Bəstəkar İradə İbrahimovanın CAVABINI VERDİ: “Pişiyin əli ətə çatmayanda...”

4 Dekabr 2017 12:43

Xəbər verdiyimiz kimi, İradə İbrahimovanın “Atv maqazin onlarla” proqramında Günay İbrahimli haqqında səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. Onun “Ürəyimin qatili” mahnısını plagiat adlandıran İradəyə bir cavab da mahnının bəstəkarı Pərviz Mahmudovdan gəlib.

Anar keçmiş arvadının səsyazısını yaydı: "Sənin adını yerə soxum"

4 Dekabr 2017 12:28

Reper Anar Nağılbaz  keçmiş həyat yoldaşı Anjelikanın səs yazısını yayıb. Sosisal şəbəkələrdə paylaşılan səsdə xanımı Anarı təhdid edir və bunları deyir: "Elə eləmə hər şeyi açım danışım. Sən ucuz adamsan, ucuz reklama qaçansan.

Oksana ƏRƏ GEDİR: Mənim üçün başqa həyat başlamalıdır

4 Dekabr 2017 12:26

Oksana ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır. Bu barədə "Atv maqazin onlarla"nın mikrafonuna danışan rəqqasə maraqlı etiraflar edib: "Mənə elə gəlir ki, mənim üçün başqa həyat başlamalıdır. Mən ailəmə söz vermişəm ki, mənim gələn il ailəm olmalıdır. Gələn ildən mənim üçün başqa həyat başlamalıdır. Çox istərdim ki, mənim həyatımda bir insan olsun, mənə dayaq olsun, yanımda olsun və mən onunla ailə həyatı qurum. Ola bilsin ki, mən böyük, təmtəraqlı toy etmədim".