Anar Nağılbaz Hepatit C-yə yoluxub

Ötən həftənin əvvəlləri yayılan pornogörüntüləri ilə ölkə gündəmində adı hallandırılan, daha sonra isə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılan repçi Anar Nağılbazda Hepatit C virusu aşkarlanıb. Bu barədə Yeni Müsavat məlumat yayıb. 

Məlumatda bildirilir ki, A.Nağılbazın üç gün öncə səhhətində ciddi problem yaranıb, repçi təcili şəkildə mədə-bağırsaq qanaxması diaqnozu ilə Respublika xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsindən sonra onda Hepatit C xəstəliyi aşkar olunub. Haqqında yayılan məlum videodan sonra onun xəstəliyi daha da şiddətlənib. A.Nağılbaz bu gün səhər saatlarında xəstəxanadan özünün istəyi ilə evə buraxılıb.

Qeyd edək ki, günlər öncə repçinin halının pisləşməsi ilə bağlı "Lider" telekanalında yayımlanan "7 Gün" verilişində aparıcı Könül Muxtarova məlumat vermiş və bu səbəbdən aparıcı dəvət etdiyi verilişinə A.Nağılbazın qatıla bilmədiyini qeyd etmişdi. Lakin repçinin xəstəxanaya yerləşdirildiyi barədə məlumat öz təsdiqini tapmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31