Mədəniyyət

Röya sevgilisindən bu kişiyə görə AYRILIB: "Sənə görə eşq məni tərk etdi" - AÇIQLAMA

1 Dekabr 2017 17:26

“Mən hər kəsi qəbul edəcək yaşda deyiləm, amma səni qəbul etdim. Çünki sən də çətin adamsan. Bir də ki, sən mənə əzizsən. Niyə? Sənə görə eşq məni tərk etdi. Etsin, vecimə də deyil. Çünki onu heç vaxt aldatmadım. Bir sözlə, bir gün hər kəs evinə getdi”.

Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ: 50 illik vətən həsrəti 

1 Dekabr 2017 17:24

“Çoçuklar duymasın” serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur aktyor Tamer Karadağlı Bakıya gəlib. Tamer Karadağlının Bakıya gəliş səbəbi Azad Azərbaycan" TV-də yayımlanacaq “Məlahətli söhbətlər” verilişidir. Aktyor sözügedən verilişin qonağı olacaq.

Məşhur aktyor Tamer Karadağlı Musiqili Teatrda

1 Dekabr 2017 16:50

Bu günlərdə Bakıya qonaq gələn Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a  bildirilib ki, ölkəmizdə də kifayət qədər populyar olan ünlü sənətçini istedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova müşaiyət edib. Mötəbər qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonaqları teatrın inzibati binası ilə tanış edib.

LIBRAFF və TEAS Press “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında

1 Dekabr 2017 16:30

Dekabrın 1 – dən 2018 – ci il yanvarın 15 – dək LIBRAFF və TEAS Press “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında iştirak edəcək. Olaylar.az bildirir ki, xeyriyyə yarmarkasında 20 faizədək endirimli qiymətlərlə kitab və dəftərxana ləvazimatlarını əldə etmək mümkün olacaq.

“Sirlər xəzinəsi” Qazaxda

1 Dekabr 2017 16:18

Dekabrın 4 – də “Sirlər xəzinəsi” adlı layihə çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir  Qazax şəhərində keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının, Milli Konservatoriyanın birgə təşkilatçılığı Ədəbiyyat muzeyində keçiriləcək.

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Qarabağ geyimlərinin dəb sərgisi keçirilib

1 Dekabr 2017 13:47

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin dəb sərgisi keçirilib.

Ramiz Əzizbəyli: "Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq"

1 Dekabr 2017 12:57

“Bir aydan çoxdur Türkiyədən Bakıya qayıtmışam, hələ də müalicə alıram. Əlimin-ayağımın tam açılmağı üçün vaxt lazımdır”. Bunu xalq artisti Ramiz Əzizbəyli deyib: "Noyabrın 27-dən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında müalicə alıram. Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq.

Filmlərimiz İPƏK YOLU Beynəlxalq Film Festivalında

1 Dekabr 2017 12:51

Mirbala Səlimlinin “Qırmızı bağ” və İlqar Safatın “İçəri şəhər” bədii filmləri Çində keçirilən 4-cü İPƏK YOLU Beynəlxalq Filım Festivalında nümayiş olunub. Olaylar.az bildirir ki, “Azərbaycanfilm” kinostudiyası və Weit Media kino şirkəti tərəfindən birgə istehsal edilən “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir. Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkiliblər.

Həkim Qəninin 100 illiyi qeyd olundu

1 Dekabr 2017 12:49

Noyabrın 30-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qəzəlxan şair Həkim Qəninin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Həkim Qəninin yaradıcılığından söhbət açıb. Bildirib ki, qəzəl janrının mahir bilicilərindən olan şairin “Qənimətdir keçən hər gün” adlı ilk qəzəllər kitabı 1992-ci ildə “İşıq” nəşriyyatında çapdan çıxıb. O, bütün yaradıcılığı boyu Məhəmməd Füzuli, Əliağa Vahid yaradıcılığının tərənnümçülərindən biri kimi tanınıb və bu janrı təbliğ edib.

Fiziki məhdudiyyətli aktyorlar növbəti dəfə SƏHNƏDƏ

1 Dekabr 2017 12:47

Dekabrın 19 – da Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı  Opera və Balet Teatrında yeni tamaşasını nümayiş etdirəcək. Teatrın baş meneceri Nicat Qulamın Olaylar.az – a  verdiyi məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq.

Burak Özçivitdən “Park Cinema” biabırçılığı ilə BAĞLI AÇIQLAMA

1 Dekabr 2017 12:27

Xəbər verdiyimiz kimi, dünən “Park Cinema İMAX”da keçirilən “Kardeşim benim 2” filminin təqdimat mərasiminə ekran işində yer alan azərbaycanlı aktyor Kamran Ağabalayev dəvət almayıb. Dünən filmdən sonra keçirilən mətbuat konfransında Burak Özçivit Kamran Ağabalayevin qalada iştirak etməmə səbəbilə bağlı saytımıza açıqlama verib.

Burakın kişi fanatları izdiham yaratdı - FOTOLAR

1 Dekabr 2017 12:02

Bakıda “Kardeşim benim 2” adlı filmin təqdimat mərasimində türkiyəli aktyor Burak Özçivitin kişi fanatları xanımları geridə qoydu.

Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya yerləşdirilib

1 Dekabr 2017 11:47

Reper Anar Nağılbazın səhhətində ciddi problem yaşanır. Bu barədə "Lider" telekanalında yayımlanan "7 Gün” verilişində aparıcıKönül Muxtarova məlumat verib. O bildirib ki, reper səhhətində problem olduğu üçün canlı yayıma gələ bilməyib.

“Kardeşim benim 2” filminin qalasına dəvət olunmayan Kamran Ağabalayev AÇIQLAMA VERDİ

1 Dekabr 2017 11:44

Ötən gün Bakıda “Kardeşim benim 2” filminin təqdimatı olub. Təqdimata filmin baş rol ifaçılarından yalnız Burak Özçivit qatılıb. Onunla birgə kinonun iki xanım ulduzu da qala gecəsində iştirak edib. Filmdə rol alan azərbaycanlı aktyor Kamran Ağabalayevin qala gecədə iştirak etməməsi hərr kəsi təəccübləndirib. Park Cinema –dan K. Ağabalayev qala gecəsinə dəvət olunduğunu, filmin heyəti ilə birgə əyləşəcəyini nəzərdə tutduqlarını və aktyora dəvətnamə göndərdiklərini bildiriblər. Olaylar.az – a açıqlama verən aktyor Kamran Ağabaley  çağırılmamış qonaq olmağı sevmədiyini bildirib.

“Ayə, harıya gessən”nin ifaçısı ilə bağlı İLGİNC FAKTLAR - Özü AÇIQLAYIR - VİDEO

1 Dekabr 2017 11:31

"Ayə, harıya gessən, ayə" ifası ilə son günlər gündəmi zəbt edən musiqiçi Vüsal Rzasoy "Çölçünü tanı" layihəsinin qonağı olub.