Mədəniyyət

Leyla Əliyeva əkizlərini təbrik etdi - FOTO

1 Dekabr 2017 09:43

1 dekabr İlham Əliyevin əkiz nəvələri Əli və Mikayılın ad günüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və müğənni-bəstəkar Emin Ağalarovun oğullarının 9 yaşı tamam olur.

“Qarabağ" muğam qrupu İranda çıxış edəcək

1 Dekabr 2017 09:36

Dekabrın 8 -9 -da Xalq Artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ muğam qrupu” İran İslam Respublikasının paytaxtı Tehranda "Talar" konsert salonunda solo konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, xalq artistini konsert zamanı  Əməkdar artistlər Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimov (nağara) müşayiət edəcəklər.

Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan Fotoqrafiyası günləri

1 Dekabr 2017 09:30

Gürcüstan Milli Parlament Kitabxanasının sərgi salonunda  Azərbaycan Fotoqrafiyası günləri keçirilib. Bu barədə Olaylar.az - a Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu məlumat verib.  Onun sözlərinə əsasən, Azərbaycan  və Gürcüstan  fotoqraflarının 120-dən çox foto nümayiş olunub, onların arasında Gürcüstan fotoqraflarının  "Azərbaycan  gürcü fotoqraflarının gözü ilə"  fotoları da nümayiş olundu. "Bakıda və Şəkidə foto ziyarətlərindən olmuş  APG üzvləri 2017-ci ildə Azərbaycan haqda təsüratların fotoqrafiya vasitəsi ilə tamaşaçılara catdırdılar.

“Yeyəsən qaz ətini, görəsən ləzzətini”- Tələbələrin təqdimatında

30 Noyabr 2017 16:15

Noyabrın 30 – da Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyi  Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşasını təqdim edib. Olaylar.az bildirir ki, kollecdə keçirilən premyerada tədris ocağının direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın müəllim və tələbələr tərəfindən razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.

Afaq Aslan aparıcını aldatdı: “Lüt şəklim yoxdur” - Fakt FOTOLAR

30 Noyabr 2017 15:36

Müğənni Afaq Aslanın yalanı üzə çıxıb. Müğənni ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olub. Aparıcı Elgiz Əkbər müğənniyə lüt şəkillərinin olub-olmaması ilə bağlı sual ünvanlayıb. Afaq Aslan cavabında lüt şəkillərinin olmadığını söyləyib: "Çimərlik geyimində şəkillərim var.

Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi

30 Noyabr 2017 15:01

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi” tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova Emin Sabitoğlunun həyat və yaradıcılığı haqqında danışıb.

Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

30 Noyabr 2017 14:03

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məlumata görə, məhkəmədə anket məlumatlar dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 19-na təyin edilib. R. Məlik  açıqlamasında barışıq tərəfdarı olduğunu deyib.

"Həyatımda elə kişi var ki, ikinci kişiyə ehtiyac duymuram" - Afaq Aslan

30 Noyabr 2017 14:00

Bu gün "Səhər-Səhər" verilişinin qonaqlarından biri tez-tez açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan Afaq Aslan olub. Gənc ifaçı verilişdə qadın hesabına yaşayan kişilərə söz atmadan keçməyib: "Hər bir kişi pul qazanmağın yollarını tapmağı bacarmalıdır. Əziyyət çəkməlidir. Qadın pul qazanıb onu saxlamayacaq ki. Həyatında olan qadını kişi kimi təmin eləməlisən. Qadın hesabına yaşayan kişiləri mən qəbul eləmirəm".

Vüqar Muradov aparıcını söydü - çəkilişdə biabırçılıq

30 Noyabr 2017 13:59

SPACE telekanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin çəkilişi zamanı insident yaşanıb. Məlumata görə, çəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söyüb, aparıcını təhqirlərə məruz qoyaraq, studiyanı tərk edib. “Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm” deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

Emin Sabitoğlunun 80 illik yubileyi

30 Noyabr 2017 13:44

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

""Daha susmayacam, ürəyimə toxunanların gözünü qanadacam" - Müğənni ilə bəstəkar arasında qalmaqal

30 Noyabr 2017 13:21

Müğənni Sevinc Musayevanın "İstanbulda liman" mahnısına görə müəllif Sevinc Ağasıyeva ilə arasında qalmaqal yaşanıb. Sənətçinin bəstəyə klip çəkdiməsinə müəllif əsəbiləşdiyini deyib.  O bildirib ki, ekran işini yüklədiyi bütün "Youtube" kanalları bağlatdırılıb: "Siz paxıllar, savadsız, yaxşılıq başa düşməyən, hamam suyu ilə özünə dost tutanlar... "Youtube" kanalında 10 günə 120 min baxış sayı olan bu klipimizi siz sildirməkdə olun. Mən komandamın zəhməti ilə ərsəyə gələn ekran işimi yaşatmağımla məşğulam. Daha susmayacam. Tikan olub mənə səbəbsiz yerə batanların, ürəyimə toxunanların gözünü qanadacam.

Rəvan ikinci boşanmasına səbəb olan günahkarı AÇIQLADI

30 Noyabr 2017 12:40

Ötən gün "5/5" verilişinin qonağı olan Rəvan Qarayev uğursuz alınan şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. Aparıcı Zaur qonağından mahnıların müğənnilərin həyatlarına nə dərəcədə aid olub-olmadığını soruşub.

“Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” Muğam Mərkəzində səsləndirildi

30 Noyabr 2017 12:14

Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı “Muğam axşamları” layihəsi çərçivəsində  “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səsləndirilib. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.

Mikayıl Mirzənin 70 illik yubileyi qeyd olundu

30 Noyabr 2017 12:13

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov çıxış edərək sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.