Mədəniyyət

Pərvinin bu FOTOSUNA hamı baxır, amma... - Niyə bağlayıb?

30 Noyabr 2017 11:53

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb. Məlumata görə, aktrisanın yeni fotosundan görünür ki, çiyninə 2 kəpənək şəkli tatu edilib. İzləyicilər onun fotosuna fikir bildirə bilməyiblər. Çünki aktrisa şərh yerini bağlayıb.

Röyanın sərt sözləri sənət YOLDAŞLARINI AYAĞA QALDIRDI: "Xahiş edirik ki..."

30 Noyabr 2017 10:56

Əməkdar artist Röya Ayxanın radio və televiziya kanalları ilə bağlı alovlu çıxışı geniş rezonans doğurub. Klip kanalının və televiziyalarda klip saatlarının olmamasından şikayətlənən müğənniyə sənət yoldaşları dəstək durub.

Xalq artisti: "Ramiz Məlik dizin-dizin sürünüb üzr istəməlidir"

30 Noyabr 2017 09:17

Məleykə xanım deyir ki, Ramiz Məlikov dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o, KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb. Bu sözləri Sputnik Azərbaycan-a xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O, bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək.

“Daşla danışan adam”  -  Mirəli Mirqasımov

30 Noyabr 2017 09:15

Bilik Fondunda “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Xalq Rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatı olub.  Olaylar.az bildirir ki, tədbiri Fondun icraçı direktoru Oktay Səmədov açaraq, rəhbərlik etdiyi təşkilatın “Mədəni maarifləndirmə” proqramı üzrə həyata keçirdiyi layihələrdən danışıb, gənclərin estetik zövqünün cilalanmasında, dünyagörüşünün hərtərəfli inkişafında filmlərin xüsusi əhəmiyyətini vurğulayıb, tarix boyu ən böyük maarifçiliyin məhz mədəniyyətlə və ədəbiyyatla həyata keçirildiyinə diqqətə çatdırıb.

Sənət Mərkəzində müsabiqə elan edilir

30 Noyabr 2017 09:03

Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Bələdiyyəsi, Xətai Rayonu Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ili çərçivəsində Xətai rayon məktəbliləri arasında “İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır” adlı müsabiqə elan olunur. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi və keçmişimizi unutdurmamaqdır.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 

29 Noyabr 2017 19:09

Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir. Olaylar.az bildirir ki, teatrda dekabrın 2-də məktəblilər üçün gündüz saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, dekabrın 3-də eyni saatlarda A.Şaiqin “Danışan gəlincik” tamaşaları nümayiş etdiriləcəkdir.

Anar Nağılbaz Azərbaycanı tərk edir?

29 Noyabr 2017 17:34

İntim görüntüləri yayılan və bu səbəbdən intihara cəhd etdiyi deyilən reper Anar Nağılbaz Azərbaycanı tərk etmək qərarına gəlib. Reperin ağır günlər keçirdiyi deyilir. Mediaya açıqlamasında "adamı kürəyindən vurmazlar" deyən Nağılbazın yaxın zamanlarda ikinci dəfə ailə quracağı və Azərbaycanı birdəfəlik tərk edəcəyi bildirilib. Bu haqda məlumatı reperin yaxın ətrafı verib.

"300 manata toya gedən" Damladan İDDİALI SÖZLƏR: “Röyayla məni müqayisə etmək...”

29 Noyabr 2017 16:58

“Min il də keçsə, ulduzluğu heç vaxt dərk etməyəcəm. Havalara girsəm, göylərdə qanadımı açıb uçsam, anamı da, atamı da, oğlumu da, bir sözlə, hər kəsi itirəcəm. Bir gün ayılıb görəcəm ki, evsiz-eşiksiz “bomj” kimi küçələrdə qalmışam. Ulduzluq ab-havasını yaşamaq çevrəni itirmək deməkdir. Mən atamın qızı Məsumə, oğlumun anası “Mami”yəm”.

"Bunu ona bağışlamayacam" - "Faytonçu" Nazimin ailəsi şokdadır

29 Noyabr 2017 15:51

Müğənni Nazim Pişyarinin onu əməliyyat edən həkim Elman Əzimovla məhkəmə çəkişməsi davam edir. Müğənni cümə günü məhkəmənin tibbi ekspertiza əsasında rəy verəcəyini bildirib: "Cümə günü Səhiyyə nazirliyinin rəyinə əsasən, məhkəmə-tibbi ekspertizasının yekun rəyi bilinəcək.

Məşhur azərbaycanlı modelyer ACLIQ AKSİYASI EDİR- VİDEO

29 Noyabr 2017 15:20

Məşhur modelyer Leyla Əhmədova aclıq aksiyasına başlayıb. Olaylar.az bildirir ki, bu haqda müğənni Səidə Sultan öz instagram səhifəsində məlumat verib. Müğənni Leyla Əhmədovanın videosunu paylaşaraq bunları yazıb: “ Diqqət! Diqqət!... dəyərli dostlar.

“Əzəli dostluq riştələri” sənədli filmi Səmərqənddə maraqla qarşılanıb

29 Noyabr 2017 14:44

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunan “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatı olub.

Afaq Bəşirqızı yenidən səhnədə

29 Noyabr 2017 14:05

Dekabrın 3 –də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, səhnə əsəri Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Afaq xanım Bəşirqızının iştirakı ilə baş tutacaq. A. Bəşirqızı tamaşada baş qəhrəmanı – Nisə obrazını canlandırır.

İzzətdən Səmranın "brendəm" sözlərinə sərt cavab

29 Noyabr 2017 14:00

"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin "Mən brendəm" sözlərinə bu dəfə müğənni İzzət Bağırzadə sərt reaksiya verib. Sənətçi "ATV maqazin onlarla"ya açıqlamasında müğənnilərin özlərini "brend" adlandırmasını qəbullanmadığını deyib: "Brend ancaq pal-paltar görmüşəm.

Aprel döyüşləri yeniyetmə rəssamların əsərlərində

29 Noyabr 2017 12:11

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Hərb Tarixi Muzeyində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” adlı rəsm dərnəyinin sərgisi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə istedadlı şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihə təqdim olunub. Dörd ay davam edəcək layihənin əsas məqsədi Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizi yeni nəsilə tanıdılmasıdı.

Könül Kərimovanın dördmərtəbəli villası –  Fotolar

29 Noyabr 2017 12:08

Müğənni Könül Kərimovanın dördmərtəbəli villası fotoqrafımız tərəfindən lentə alınıb. Sənətçinin evi klassik üslubda dizayn edilib.