Mədəniyyət

Türkiyəli müğənni Zauru canlı yayımda təhqir etdi

29 Noyabr 2017 11:57

Dünən “5/5” verilişinin qonaqlarından biri türkiyəli müğənni Adil Karaca olub. Müğənni aparıcı Zaurun zarafatını cavabsız qoymayıb. Zaur mahnısını ifa edib, bitirən Adilə “Reklamdayıq indi. Bir azdan yenidən oxuyarsan bunu. Təzdən verin efirə. Nəsə mahnıda problem oldu. Səsdə problem yaranıb” deyib.

Sinəsini çöldə qoyan Mətanətdən onu tənqid edənlərə cavab: "Əcəb edirəm"

29 Noyabr 2017 11:17

Müğənni Mətanət Əsədovanın fotosu sosial şəbəkədə müzakirə mövzusu olub. Sənətçinin sinə dekolteli şəkli izləyicilər tərəfindən iradla qarşılanıb. Hər kəs onu tənqid atəşinə tutub. Bir çoxları bu geyimi ona yaraşdırmadıqlarını deyiblər: “Gözəl səsin və sənətin var, amma sinəni belə çöldə qoymaq sənə yaraşmaz”.

Bəyin bacısı toyda Damlaya "qan uddurdu": "Mənə elə tərzdə baxırdı ki..."

29 Noyabr 2017 11:10

Damla başına gələnləri danışıb. "Gəncədə toyda idim, gördüm bir xanım mənə elə tərzdə baxır ki, qutuda ilan görüm, səni görməyim. Bir baxmaq baxırdı ki... Musiqiçilərlə də yaxşı davranmırdı. Sən demə, bu qadın bəyin bacısı imiş. Ortalığı qatmışdı bir-birinə. Bir mahnını saxlayıb, o birini "zakaz" verirdi. Bu qadın heç bir şeylə qane olmurdu.

Milli İncəsənət Muzeyində diskussiya təşkil olunacaq

29 Noyabr 2017 06:16

Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək. Olaylar.az bildirir ki, diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər.

Rəssamları diplomlarla təltif olundular 

29 Noyabr 2017 06:13

Gənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamları Yekaterina Bıçkova, Rəhilə Məlikova və Şahin Hüseynli fəal iştiraklarına görə fəxri diplomlarla təltif olunublar.

Bakı Milli Geyim Evi tələbələrə dəstək oldu

29 Noyabr 2017 06:09

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, açılış mərasimində Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək müasir təhsildə tələb olunan, təcrübənin xüsusi rolundan, bu təlim-tədris mərkəzinin bütün imkanlarından istifadə edərək tələbələrə dərs və dərsdən kənar zamanlarda nəzəriyyə ilə təcrübəni bir araya gətirə biləcəklərini deyib.

“Oyuq”çular sosial layihədə

28 Noyabr 2017 16:59

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti sosial aksiyanı həyata keçirməklə özünün maarifləndirmə missiyasını davam etdirməkdədir. Belə ki, 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip və tamaşa hazırlamaqla ictimaiyyətin diqqətini bu vacib məsələyə yönəltməyə çalışıb. Olaylar.az bildirir ki, tədbirdə ilk olaraq “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip-musiqili çarx tamaşaçıların ixtiyarına veriləcək. Sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Vüqar Camalzadəyə aid mahnının ekran həlli olan klipdə studiyanın yetirmələri ilə yanaşı peşəkər aktyorlar, həmçinin UAFA təşkilatının üzvü olan fiziki məhdudiyyətli fəal uşaq və yeniyetmələr rol alıblar. Uşaqlara sevgi, həmrəylik, qarşılıqlı anlaşma və özünə inam aşılayan sosial çağırışlı klipin ideya müəllifi və rejissoru Səidə Haqverdiyevadır.

Vidadi Bərdəlinin anım mərasimi keçiriləcək

28 Noyabr 2017 16:33

Mərhum sənətçi Vidadi Bərdəlinin anım mərasimi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, anım mərasimi noyabrın 30-da “Şam bağı” restoranında baş tutacaq. Tədbirdə Azərbaycan mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən ictimai xadimlər iştirak edəcək. Tədbirin aparıcısı Nuranə Andronova, təşkilatçısı isə Vidadi Bərdəlinin prodüseri çalışmış Toma Cəlilovadır.

Rəvanə Qurbanova Leyli obrazında

28 Noyabr 2017 16:05

Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı  istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova opera səhnəsinin  yeni Leylisi kimi çıxış edəcək. Olaylar.az bildirir ki, R.Qurbanova Rəvanə 2007-ci ildə keçirilən muğam müsabiqəsində III yeri qazanıb. Elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilmişdir.

Opera səhnəsində yeni Əsli

28 Noyabr 2017 16:01

 Dekabrın 6-da Akademik Opera və Balet Teatrında nümayiş olunacaq Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək. Olaylar.az bildirir ki, Sədəf Budaqova 2015-ci ildə keçirilən televiziya muğam müsabiqəsində uğurla çıxış etmiş və III yerə layiq görülüb.

Bakının 19 – cu əsrə aid görüntüləri Fransada sərgiləndi

28 Noyabr 2017 15:35

Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində “Musée-Hôtel Le Vergeur” otelində Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin təşəbbüsü ilə sərgilənib. Sərgirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla 60-a yaxın qonaq iştirak edib. Olaylar.az bildirir ki, fotoşəkillər səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853–1935) tərəfindən çəkilib. Hugues Krafft Azərbaycan da daxil olmaqla Cənubi Qafqazın mindən artıq görüntülərini lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı özündə təcəssüm etdirir.

Artıq kanallar arasında rəqabət var, seriallar intensiv çəkilir

28 Noyabr 2017 14:42

Həmidə Ömərova hər zaman canlandırdığı bütün obrazları ilə öz tamaşaçı auditoriyasının sevimlisi olub. Bütün bu obrazlarla hər kəsin sevimlisi olmaq, əlbəttə hər sənətkara qismət olmur.

Könül Kərimova qızının toyunda oğlu ilə duet oxudu - VİDEO

28 Noyabr 2017 13:10

Ötən gün müğənni Könül Kərimovanın qızı Ləmanın toyu baş tutub.  Toyda müğənni və oğlu Rəşad duet oxuyub.  İlk dəfə bacısı üçün mahnı oxuyan Rəşad bunu toy hədiyyəsi kimi edib.  Könül Kərimovanın qızı Ləmanın Orxanla adlı bəylə ötən gün Bakıda şadlıq saraylarından birində toy məclisi baş tutub. Toyda Könül Kərimovanın sənət yoldaşları və yaxınları iştirak ediblər.  Həmin görüntünü təqdim edirik. 

Könül Kərimovanın qızının toyundan- VİDEO

28 Noyabr 2017 11:34

Dünən müğənni Könül Kərimovanın qızının toy günü idi. İfaçının qızı Ləman Orxan adlı bəylə evlənib. Bakı restoranlarının birində baş tutan toyda bir çox sənət adamları iştirak edib. Həmin sənət adamları arasında xalq artisti Könül Xasıyeva da olub.