Mədəniyyət

“Ümid” -  II Dünya Müharibəsi qurbanlarının həyatından bəhs edir

28 Noyabr 2017 10:00

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası baş tutub. Olaylar.az bildirir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı Səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər mədəniyyət müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər.

"Nar bağı" və "Üçüncü günün adamı" filmləri Qahirə Beynəlxalq Film Festivalında

28 Noyabr 2017 09:39

39-cu Qahirə Beynəlxalq Film Festivalında Azərbaycanı  Babək Şirinsifətin “Üçüncü günün adamı” və İlqar Nəcəfin “Nar bağı” bədii filmləri təmsil edib. Olaylar.az bildirir ki, “Üçüncü günün adamı” filmi "Azərbaycanfilm" kinostudiyasının, “Nar bağı” filmi isə "Azərbaycanfilm" kinostudiyası ilə "Buta film" kino şirkətinin birgə istehsalıdır.

Teatr Xadimləri İttifaqında növbəti tədbir görkəmli bəstəkar Tofiq Quliyevə həsr edilib

28 Noyabr 2017 09:09

Noyabrın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş "Günəş kimi saçan musiqi" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Aparıcısı Xalq Artisti Hacı İsmayılov olan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

“Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm” mövzusunda dəyirmi masa 

28 Noyabr 2017 08:57

Azərbaycan Dillər Universitetinin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası  və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada, eyni zamanda, nasir, publisist, xalq yazıçısı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” kitabının kiril əlifbasından latın qrafikasına keçirilmiş variantının təqdimatı keçirilib. Olaylar.az bildirir ki, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dəyirmi masanın iki vacib mövzunun müzakirəsinə həsr edildiyini və bu mövzular arasında çox ciddi əlaqənin mövcud olduğunu bildirib. Daha sonra o, qeyd edib ki, ədəbiyyatımızda azərbaycançılıq və multikulturalizm geniş mövzunu əhatə edir. 

7 yaşlı Mina Abbasova Macarıstanın I xanımının qarşısında çıxış edib

27 Noyabr 2017 16:20

Macarıstanda Akkreditə Olunmuş Səfirlərin Xanımları Assosiasiyası Budapeştdə yerləşən “İnterkontinental” otelində ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə xeyriyyə yarmarkası keçirib. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi yarmarkada ölkəmizi layiqincə təmsil edib. Qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları, xalq tətbiqi sənəti nümunələri, milli yaylıqlar, bədii tikmələr, kitablar, milli musiqi sənətini təbliğ edən kompakt-disklər, müxtəlif suvenirlər təqdim olunub.

Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş müsabiqəyə yekun vuruldu

27 Noyabr 2017 16:11

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfova, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova, MKS direktorları və başqaları iştirak ediblər.

Cövdət Hacıyevin yüzillik yubileyinə həsr olunmuş konsert  - Londonda

27 Noyabr 2017 15:54

Londonda “St John’s” kilsəsinin “Smith Square” salonunda bəstəkar Cövdət Hacıyevin  yüzilliyinə həsr olunmuş konsert keçirilib. Konsert Cövdət Hacıyevin qızı Pərvin Muradova tərəfindən, İngiltərə-Azərbaycan Cəmiyyətinin, “Rapid Solutions” şirkəti, Azərbaycan Evi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil edilib. Tədbirdə 200-dən artıq diplomat, ictimai xadimlər, musiqişilər və klassik musiqi mütəxəssisləri, həmçinin Azərbaycan diasporasının fəalları iştirak edib. Olaylar.az bildirir ki, Cövdət Hacıyev Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasında və daha sonra Moskvada görkəmli Sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında təhsil alıb.

“Nazirin xanımı” təqdim olundu

27 Noyabr 2017 15:41

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub

27 Noyabr 2017 14:21

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində (SDU) “Azərbaycan mədəniyyəti həftəsi”nin açılış mərasimi olub.

Anar Nağılbazın porno görüntüləri yayıldı: "Keçmiş arvadım edib"

27 Noyabr 2017 14:07

Məşhur repçi Anar Nağılbazın porno görüntüləri yayılıb. Yayılan videoda reperlə yanaşı bir gənc xanım da yer alır. Əməkdaşımız sözügedən görüntülərlə bağlı repçinin özü ilə əlaqə saxlayıb. O, bunun keçmiş həyat yoldaşı tərəfindən edildiyini iddia edib: "Sabah klip təqdimatımız olacaq. Həmin təqdimatda bununla bağlı da təfərrüatlı açıqlamalar veriləcək. Amma deyə bilərəm ki, bu iş yüz faiz keçmiş həyat yoldaşımla bağlıdır. Həmin görüntüləri düzüb-qoşanlar məhkəmə qarşısına çıxarılacaqlar. Deyə bilərəm ki, çox peşəkar, fabrikləşdirilmiş iş görüblər. Oradakı səslər də montajdır".

Elvin özünü öyən Kərimi YERİNDƏ OTURTDU: “Cılız...” - VİDEO

27 Noyabr 2017 12:22

Müğənni Kərim Abbasovun “ATV maqazin onlarla” proqramında dediyi “Özümdən başqa zövqlü insan görmürəm” sözlərinə müğənni Elvin Abdullayev sərt reaksiya verib. Elə eyni proqramda Elvin Kərimi qınayaraq onu cılız adlandırıb: “Heç xoşum gəlmir ki, özüm-özümü tərifləyim. Mən sənətkaram, beləyəm, eləyəm demək cılızlıqdır. Qoy, kənardakı sənə o sözü desin. Belə deməklə, özüm-özümü aldatmış oluram. Kim efirdə özünü tərifləyirsə, onlardan xoşum gəlmir”.

Polad Bülbüloğlunun mahnısı “O Səs Türkiyə”nin münsiflərini VƏCDƏ GƏTİRDİ - VİDEO

27 Noyabr 2017 11:32

“O Səs Türkiyə”nin dünənki buraxılışında Təbrizdən olan Cənubi azərbaycalı ifaçı öz çıxışı ilə yadda qalıb. Məşhur mahnı müsabiqəsinin növbəti buraxılışında Yunes Borumand adlı ifaçı Azərbaycanın sabiq mədəniyyət naziri, Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri və Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib.

Akademik Milli Dram Teatrında dekabr ayı

27 Noyabr 2017 11:16

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dekabr repertuarı açıqlanıb. Teatrın mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb. 1 dekabr – “Cəhənnəm sakinləri” (Elçin) - 19:00 3 dekabr “Almaz” (C. Cabbarlı) - 19:00

Mamırlı yazıların sirri –  Cavanşir Yusifli yazır...

26 Noyabr 2017 20:10

Mamırlı yazıların sirri – Cavanşir Yusifli yazır... Tənqidçi Cavanşir Yusiflinin Şərif Ağayarın “Ağ göl” romanı haqqında yazıdğı “Mamırlı yazıların sirri” məqaləsini təqdim edir. Yazı “Ədəbiyyat qzəeti”nin şənbə sayında çap olunub.