“Ümid” -  II Dünya Müharibəsi qurbanlarının həyatından bəhs edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası baş tutub. Olaylar.az bildirir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı Səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər mədəniyyət müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında "Ümid" tamaşasının premyerası baş tutub. Olaylar.az bildirir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı Səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər mədəniyyət müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər.

Tamaşada II Dünya Müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanından sonra fəlakət qurbanlarının həyatı əks olunub.

Tamaşanın rejissoru xalq artisti Bəxtiyar Xanızadə, rolların ifaçıları isə əməkdar artistlər Nargilə Qəribova, Bəhruz Əhmədli və aktyor Vüsal Rzasoydur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31