"Nar bağı" və "Üçüncü günün adamı" filmləri Qahirə Beynəlxalq Film Festivalında

39-cu Qahirə Beynəlxalq Film Festivalında Azərbaycanı  Babək Şirinsifətin “Üçüncü günün adamı” və İlqar Nəcəfin “Nar bağı” bədii filmləri təmsil edib. Olaylar.az bildirir ki, “Üçüncü günün adamı” filmi "Azərbaycanfilm" kinostudiyasının, “Nar bağı” filmi isə "Azərbaycanfilm" kinostudiyası ilə "Buta film" kino şirkətinin birgə istehsalıdır.

39-cu Qahirə Beynəlxalq Film Festivalında Azərbaycanı  Babək Şirinsifətin "Üçüncü günün adamı" və İlqar Nəcəfin "Nar bağı" bədii filmləri təmsil edib.

Olaylar.az bildirir ki, "Üçüncü günün adamı" filmi "Azərbaycanfilm" kinostudiyasının, "Nar bağı" filmi isə "Azərbaycanfilm" kinostudiyası ilə "Buta film" kino şirkətinin birgə istehsalıdır.

"Nar bağı" filminin  quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahəHəsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.

"Üçüncü günün adamı" filminin rejissoru isə Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev , quruluşçu rəssamlar Rafiq Nəsirov və Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, Prodüser Müşfiq Hətəmovdur.Rollarda Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zinyət Qurbanova, Məmməd Səfa, Ayşad Məmmədov və başqaları çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31