Mədəniyyət

Xalq Rəssamı Səttar Bəhlulzadəyə məxsus yeni əsərlər və sənədlər tapılıb

26 Noyabr 2017 11:02

Xalq Rəssamı Səttar Bəhlulzadənin indiyədək tədqiqatçılara məlum olmayan əsərləri, sənədləri və fotoları tapılıb. Şəxsi kolleksiyada saxlanılan bu nümunələr görkəmli fırça ustasının irsini öyrənənlər üçün əsl töhfədir. Kolleksiyada Xalq Rəssamının əski əlifbada yazdığı yol qeydləri, məktubları, tərcümeyi-halı və digər sənədlər də var. Bunların arasında ən çox diqqəti cəlb edən sənətkarın iki unikal rəsm əsəridir.

Çanaqqala zəfərində iştirak etmiş azərbaycanlıların xatirəsinə abidə ucaldılacaq

26 Noyabr 2017 10:44

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çanaqqala vilayətinin rəhbər şəxsləri və Onsəkkiz Mart Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.  Xəzər İbrahim əvvəlcə Çanaqqala şəhidliyi kompleksində olub, şəhidlərin xatirəsini yad edib. Çanaqqala döyüşlərində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılacaq abidənin yerinin müəyyən edilməsi üçün təklif olunan yerlərə baxış keçirilib.

Azərbaycanlı aktrisalar bir-birini RÜSVAY ETDİ: “300 manatlıq fahişə, tanışlarım səninlə yatıb”

25 Noyabr 2017 17:27

“Şərəfsiz, sən kimə 500-1000 manatlıq qadın deyirsən?! Keçən dəfə sənin cavabını vermədim, qadındır deyib keçdim. Amma bu dəfə sənin nə mal olduğunu deyib keçəcəm. Mənim ətrafımda tanıdıqlarımın çoxu səninlə, nəinki, 500-ə, elə 300-ə görüşüblər! Maşınla adam vurub Türkiyəyə qaçıb elə orda pulla görüşürsən! Üstəlik türk serialının birində (“Cəsur Ürək”) kazinoda baş rola bir gecəlik hədiyyə olunan fahişə kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan?! Mən Türkiyəyə 2 günlük getdim, filmimi təqdim edib gəldim. Sənin kimi otelləri gəzmirəm!"

Tanınmış aparıcı "İdeal"ı ağ yuyub, qara sərdi

25 Noyabr 2017 12:44

“”Black Friday” endirimlərindən yararlanmaq istəyirsizsə, arzunuz ürəyinizdə qalacaq”. Bunu keçmiş teleaparıcı Günel Hümbətova sosial şəbəkədə yazıb. O, “İdeal” mağazalar şəbəkəsini ağ yuyub, qara sərib. “Bəzi şeylər almaq üçün “Park Bulvara” gəldim. İlk olaraq “İdeal”mağazasına girdim. Stendə üç dənə kosmetikanı yığıblar ki, endirim ancaq bunlardır. Biabır olasız, “Black Friday” sizlik deyil . Çoxdan sizdən imtina etmək istəyirdim. Bu da səbəblərdən biri oldu . Digər səbəblər haqda gələn dəfə. Minlərlə manatlıq alış-veriş edən daha bir müştərinizi itirdiniz”, – deyərək öz iradını bildirib.

“İncə nəfəs” adlı fərdi sərgi

24 Noyabr 2017 22:11

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgini giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq, hər kəsi salamlayıb. Rektor Xanım Məmmədovanı sərgisi və ad günü münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Sonra Təsviri sənət kafedrasının müdiri, Xalq rəssamı Xanlar Əhmədov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Həmzə Abdulayev, Xalq rəssamı Arif Hüseynov və ADRA-nın İncəsənət tarixi kafedrasının müdiri, professor Sevil Sadıxova müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, gələcək işlərində müvəffəqiyyət arzulayıblar. Sonda müəllim və tələbələr rəssamı ad günü münasibətilə təbrik edib.

Görkəmli bəstəkarlar Muğam Mərkəzində anıldı

24 Noyabr 2017 21:58

Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar Tofiq Quliyevin 100  və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin imzaladığı sərəncamlara əsasən respublikamızda  görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik, lirik mahnılar müəllifi, kino- filmlər üçün yaddaqalan mahnılar bəstələmiş  bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində  respublikamızda  bir sıra silsilə tədbirlər  həyata keçirilir.

Tofiq Quliyev - 100

24 Noyabr 2017 19:30

Noyabrın 24 - də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Tofiq Quliyev haqqında xatirələrini bölüşüb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışıb. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Təranə Qumral: “Musa arada ceyran ovuna çıxır, amma..."

24 Noyabr 2017 18:35

Xəzər TV-də yayımlanan “5/5” proqramının növbəti qonaqları Musa Musayev və Təranə Qumral olub.  Zaurun suallarını cavablandıran T.Qumral maraqlı açıqlamalar edib. O, bildirib ki, bir neçə dəfə onu toya çək çağırıblar: “Neçə dəfə olub ki, məni toya Musasız çağırıblar. Mən də demişəm ki, Musasız heç yerə getmirəm”.

Pərvin Abıyeva qəzaya düşdü

24 Noyabr 2017 17:00

Pərvin Abıyeva bir müddət əvvəl qəza keçirib və burnu deformasiyaya uğrayıb. Hadisə barədə məlumatı aktrisanın özü İnstaqram səhifəsində məlumat verib. Aktrisa bildirib ki, rol aldığı "Bacanaqlar" serialının çəkilişinə gedən zaman kiçik qəza keçirib: "Qəza nəticəsində burnumda deformasiya yarandı.

Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir

24 Noyabr 2017 16:59

Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasındakı qalmaqal davam edir. Aktrisa həmkarını məhkəməyə verib, ondan 200 min manat təzminat tələb edib.

“Nar bağı” filmi “Young Cinema Award” nominasiyasında qalib oldu

24 Noyabr 2017 16:47

Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimi olub. Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf yarışmaya quruluş verdiyi “Nar bağı” filmi ilə qatılıb və mərasimdə iştirak edib.

Yeni monotamaşa - “İstədiyim kimi yaşayıram”

24 Noyabr 2017 16:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Olaylar.az bildirir ki, Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adı ilə tamaşaçılara təqdim olunacaq. Artıq yeni tamaşanın məşqlərinə başlanılıb.